Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Telekommunikasiya İttifaqı distant təlim kurslarına dəvət edir

Beynəlxalq Telekommunikasiya İttifaqı distant təlim kurslarına dəvət edir

Date: 12 October 2016 14:35

Beynəlxalq Telekommunikasiya İttifaqının Varşava Milli Telekommunikasiya İnstitutu nəzdində Avropa ölkələri üçün şəbəkə texnologiyaları sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması mərkəzi "İnternet şəbəkəsinə simsiz daxilolma texnologiyaları", "Teletrafik sistemlərinin layihələndirilməsi istiqamətləri üzrə elektron distant təlim kursları təşkil edir. Kurslarda azərbaycanlı nümayəndələr də iştirak edə bilər.
 
3,4, 24 və 25 noyabr tarixlərində keçiriləcək kurslar müvafiq olaraq təşkilat rəhbərləri, top-menecerlər, layihələndirmə və idarəetmə şöbələrinin işçiləri, menecer, inzibatçı, mühəndis və telekommunikasiya şəbəkələrinin işlənməsi, planlaşdırılması, yaradılması, istismarı və idarəetməsi ilə məşğul olan məsul şəxslər üçün nəzərdə tutulub.

Kursun sonunda təlim zamanı əldə edilən  bilik səviyyəsinin yoxlanılması üçün yazılı test təşkil ediləcək və kursu müvəffəqiyyətlə baş vuranlara sertifikatlar veriləcək.

Kurslar barədə ətraflı məlumatı aşağıdakı internet ünvanlarından əldə etmək olar:

https://szkolenia.itl.waw.pl/wireless-access-technologies-to-internet-network/

https://szkolenia.itl.waw.pl/teletraffic-engineering-for-the-internet-analytical-approach/        

Qeyd edək ki, Avropa ölkələri üçün şəbəkə texnologiyaları sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması mərkəzi sentyabrın 26-dan oktyabrın 3-dək "İnternet və innovasiyalardan istifadənin idarəetməsinin əsas aspektləri" üzrə onlayn kurs keçirib.  



Tags:  Beynəlxalq Telekommunikasiya İttifaqı distant təlim kurslarına dəvət edir



RƏYLƏR


Top news