Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qazaxıstandan neft hasilatı ilə bağlı QƏRAR

Qazaxıstandan neft hasilatı ilə bağlı QƏRAR

Date: 12 October 2016 14:42

Qazaxıstanın qarşısında neft hasilatını azaltmaq məsələsi durmur.

Milli.Az report-a istinadən bildirir ki, bu açıqlamanı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev verib.

Nazir jurnalistlərə açıqlamasında Qazaxıstanı İstanbulda keçirilən OPEC ölkələrinin qeyri-formal görüşündə bu ölkədəki səfirinin təmsil edəcəyini bildirib: "Qazaxıstanın gündəliyində bu gün hasilatı azatmaq məsələsi yoxdur".
Xatırladaq ki, Qazaxıstan 2016-cı il üçün neftin orta illik qiymət proqnozunu 30 dollardan 35 dollar/barelə qaldırıb. Həmçinin, bu ölkənin milli iqtisadiyyat naziri Kuandık Bişimbayev bu il Qazaxıstanın neft hasilatı proqnozunu 74 mln. tondan 2,02% artımla 75,5 mln. tona yüksəltdiyini bildirib. Buna səbəb kimi o, "Kaşaqan" neft yatağının tezliklə işə salınacağını göstərib.

Milli.Az


Tags:  Qazaxıstandan neft hasilatı bağlı QƏRAR

RƏYLƏR


Top news