Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bu haqda danışmaq istəmirəm, düşər-düşməzi olur"

"Bu haqda danışmaq istəmirəm, düşər-düşməzi olur"

Date: 12 October 2016 14:57

"Yeni film təklifi almışam, çəkilişləri noyabrda başlayacaq. Bu haqda geniş danışmaq istəmirəm, düşər-düşməzi olur".

Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlamasında əməkdar artist Hüsniyyə Mürvətova deyib. 

Aktrisa xanəndə Bülbülcan haqqında filmdə canlandırdığı Xurşudbanu Natavan ovrazından bəhs edib:

"Bu obrazı bədii sənətli filmdə canlandırmışam. Heydər Əliyev Fondunun və Muğam Mərkəzinin təşəbbüsü ilə çəkilən ekran işi noyabrda təqdim olunacaq".

H.Mürvətova hazırda heç bir ekran işində çəkilmədiyini bildirib:
 
"Dublyajdan və teatrdan aldığım maaşla dolanıram. Əvvəlki illərə nisbətən dublyaj da azalıb. İki telekanalla əməkdaşlıq edirəm: AzTV və ATV.

Serial təklifi almıram. Əgər olunsa, yaradıcı heyətə və qonorara baxıb qərar verərəm. Amma seriallarımız arasında rəqabət olduğunu görürəm. İçlərində bəyəndiklərim də var".

Milli.Az


Tags:  haqda danışmaq istəmirəm düşər-düşməzi olur

RƏYLƏR


Top news