“Belə açıqlamalar "Neftçi" kimi klubun adına yaraşmaz” - Tahir Süleymanov

“Belə açıqlamalar "Neftçi" kimi klubun adına yaraşmaz” -   Tahir Süleymanov
14:57 12 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov paytaxt klubunun hazırkı durumu və baxışa dəvət edilən əcnəbi futbolçular barəsində fikirlərini bölüşüb.  Təcrübəli mütəxəssis əməkdaşımızla söhbətində “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayevin  yerli mətbuata açıqlamasında (http://fanat.az/xeber-neftcidn-daha-bir-qeyri-pekarlq-t53292.html) dilə gətirdiyi məqamlara münasibət bildirib.


Tahir bəyin söylədiklərini diqqətinizı çatdırırıq:


“Hiss olunur ki, "Neftçi"də, son 2 ilə yaxın müddətdə buraxılan ciddi səhvlərdən sonra nəticə çıxarılmayıb. Düzdü, klubdan gedən və yeni gələnlər oldu. Son həftədə kluba baxışa gətirilən 3 əcnəbi futbolçu və onlarla bağlı açıqlamalar klub strategiyası, idarəçiliyində ciddi problemlərin davam etdiyini göstərir. Son iki mövsümdə bildirilirdi ki, "Neftçi"də gəncləşdirmə siyasəti aparılır, maliyyə çatışmazlığı var. Görünən isə o oldu ki, istedadlı yerli gənclər klubdan göndərildi. Onların əvəzinə 15(!) yaxın əcnəbi futbolçu gətirilib. Onlarında yarısı uğursuzluğa görə göndərilib. Hazırda komandada 7 legioner var. 8 komandalıq çempionatda az say deyil. Komanda isə autsayder rolundadır. Bu azmış kimi, 3-nü də indi cəlb ediblər. Heç bir peşəkarlığa, məntiqə sığmayan klub idarəçiliyidir. Millinin start heyətində çıxış edən və 5 ilə "Neftçi"də yetişən Ruslan Qurbanova azad futbolçu(!) statusu ver - "Qəbələ"yə göndər, öz yetirmən olan Emil Balayev "Qarabağ"a keçsin, onların əvəzinə isə klubsuz qalan əcnəbiləri yığ komandaya. "Neftçi" kimi tarixi klubu bu hala salmaq yolverilməzdir”.


“Məşqçilərə gəldikdə, son iki mövsüm 5(!) baş məşqçi dəyişilib, 3(!) əcnəbi fiziki hazırlıq məşqçi. Göndərilən Covanni Melkiore klubun qapısını kəsib və pulunu istəyir. Bundan əlavə bir əcnəbi köməkçi məşqçi də kluba gətirilib. Baş məşqçi Elxan Abdullayevin durumu bəllidir. Komandanı “zirzəmidə” qəbul edib. Vəziyyətdən çıxmaq istəyir. "Neftçi"də futbolçu qalmadığını bildirir. Eyni zamanda, əvəzedici heyətin lider mövqeyində olmasına baxmayaraq, komandaya faydalı futbolçuların olmadığını söyləyir. Əgər belədirsə, əvəzedicilərin birinci yerdə getməsi kimə lazımdır. Onların əsas vəzifəsi əsas heyətə futbolçu hazırlamaqdı”.


“Qeyd olunur ki, baxışa gələn legionerin milli təcrübəsi olub. Bu məntiqlə, çox böyük məbləğə "Neftçi"yə gətirilmiş Vançe Şıkov Makedoniya millisinin start heyətində meydana çıxır və kluba yaralı futbolçu deyil. Bu məntiqlə, divizionda çıxış edən vaxtilə millidə 30-40 oyun təcrübəsi olan öz futbolçularımız var”.


“Klub pərakəndə idarə olunduğu üçün çıxılmaz vəziyyətdə qalıblar. Oktyabrda 3 əcnəbi futbolçunu kluba  gətirmək yolverilməzdir. 2 aydan sonra qış fasiləsidir. Klubsuz qalan futbolçular, hətta, bacarıqlı olsalar da belə, bu müddətə ancaq öz fiziki durumlarını bərpa edə bilərlər. Hələ komandaya uyğunlaşmadan danışmıram.  Yeni əcnəbilərin klubla müqavilə bağlamısına gəlincə isə, bu minimum  mövsümün sonuna qədər ola bilər. FİFA, AFFA, PFL-n müvafiq qanunları var. Belə açıqlamalar "Neftçi" kimi klubun adına yaraşmaz. Hətta, futbolçu ilə şəxsi müqavilədə göstərilsə ki, futbolçunu  bəyənməsək , qışda yola salınacaq, FİFA bunu qəbul etməz. Ancaq futbolçu problem yaratmasa, şikayət etməsə, çıxıb gedə bilər. Nəzərə alaq ki, söhbət çöldə qalan futbolçulardan gedir. İstər rəhbərlik, istərsə baş məşqçi qışa qədər 2-3 aylıq müqavilənin mövcud olmadığını bilməlidilər”.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bel-acqlamalar-quotneftciquot-kimi-klubun-adna-yaramaz-t53297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR