Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prokuor Bakıda dostlarını öldürən şəxslərə ümumilikdə 60 il həbs cəzası istəyib

Prokuor Bakıda dostlarını öldürən şəxslərə ümumilikdə 60 il həbs cəzası istəyib

Date: 12 October 2016 15:02

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında hər üç şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib. Hadisədən 5 ay sonra həmin şəxsi Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü V.Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü V.Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü N.İsmayılovun öldürdüyü bəlli olub.
Belə ki, qətli törədən şəxslər X.Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22:00 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafedə yeyib-içiblər. Bundan sonra dostlar arasında mübahisə yaranıb və V.Mirzəyev, V.Qədiyev və N.İsmayılov X.Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada onu qətlə yetiriblər. Polis əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tags:  Prokuor Bakıda dostlarını öldürən şəxslərə ümumilikdə 60 il həbs cəzası istəyib

RƏYLƏR


Top news