BDU 600-dən yuxarı bal toplayanları BELƏ QORUYACAQ - SƏRƏNCAM

BDU 600-dən yuxarı bal toplayanları BELƏ QORUYACAQ - SƏRƏNCAM
15:03 12 Oktyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetində 600-dən yuxarı bal toplayan tələbələr birinci kursdan elmi fəaliyyətə cəlb olunurlar.

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu il 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olunmuş, o cümlədən elmi işə xüsusi maraq göstərən 312 nəfər tələbənin birinci kursdan başlayaraq elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə onların hər birinə professor-müəllim və elmi işçilər sırasından elmi rəhbərlərin təyin olunması barədə sərəncam imzalanıb.

Sərəncama əsasən, elmi rəhbərlər tələbələrlə söhbət edərək onları müvafiq kafedralarda aparılan elmi tədqiqat işlərinin istiqamətləri və metodları ilə tanış etməli, maraq dairələrini müəyyən edərək uyğun mövzular üzrə elmi-tədqiqat işinə cəlb edilməsini təmin etməlidirlər. Sərəncamda nəzərdə tutulur ki, mövzular müəyyənləşdirilərkən, еlmin, təhsilin müasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, təhsil islahatları, dövlətin elm və təhsil sahəsindəki siyasəti, habelə kafеdranın еlmi-tədqiqat işlərinin əsas istiqamətləri nəzərə alınmalı və mövzular kafedra iclaslarında ətraflı müzakirə edilərək təsdiq olunmalıdır. Tələbələrin elmi fəaliyyəti və aldığı nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, onların aldığı elmi nəticələrin konfranslarda məruzə edilməsi və elmi jurnallarda çap edilməsi təmin edilməlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/171895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR