Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azərbaycan təəccüblü komandadır” – Yoahim Löv

“Azərbaycan təəccüblü komandadır” –   Yoahim Löv

Date: 12 October 2016 15:37

“Azərbaycan təəccüblü komandadır”. Fanat.Az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv yerli mətbuata açıqlamasında deyib. 


56 yaşlı mütəxəssis Azərbaycan yığması ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək oyuna toxunarkən, bunları söyləyib: “Qrupda artıq 7 xal toplayıblar. Azərbaycanın davamlı xallar qazanması maraqlıdır. Onlarla matç heç də asan olmayacaq. Martda bu komandaya qarşı çətin oyun keçirəcəyik”.


Qeyd edək ki, Azərbaycan – Almaniya matçı gələn il martın 26-da Bakıda keçiriləcək.


Fanat.Az


Tags:  Azərbaycan təəccüblü komandadır Yoahim Löv

RƏYLƏR


Top news