Ərindən boşanan aktrisa: “Biz onların ifadə azadlığını əlindən ala bilmərik” - FOTOLAR

Ərindən boşanan aktrisa: “Biz onların ifadə azadlığını əlindən ala bilmərik” - FOTOLAR
15:48 12 Oktyabr 2016
169 Şou
Ölkə mətbuatı
A- A+

“Yunisef” Türkiyənin xoşməramlı səfiri Tuba Büyüküstün dünən "Dünya qız uşaqları günü” münasibəti ilə təşkil olunan konfransında iştirak edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Millətlər (BMT) İctimai Cinsiyyət Bərabərliyi Qrupunun "Güclü qızlar, güclü sabahlar” mövzusunda təşkil etdiyi konfransda Tuba Büyüküstün uşaqlar üçün hər cür dəstək verməyə hazır olduğunu deyib.

Konfransda qız uşaqlarının qarşılaşdıqları maneələrin aradan qaldırılması, gücləndirilməsi və insan hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunub. Aktrisa uşaqların öz nəzarətlərində olmayan hadisələrə məruz qaldığını deyib: “Dünyada müharibələrə son verilmir. Uşaqlar dünyanın müxtəlif yerlərində anadan olmaq, böyümək, yetkinliyə çatmaq məcburiyyətində qalır. 18 yaşına qədər BMT-nin uşaq hüquqları konvensiyasına görə, uşaq sayılır. Biz hazırda burada danışan zaman çox uzaqda, ya da çox yaxın bir yerdə hər hansı qız uşağı zorakılıq nəticəsində həyatını itirir. Dünyada aparılan statistikaya görə hər 10 dəqiqədən bir, bir gənc qız şiddət nəticəsində həyatını itirir. Bu, çox ciddi məsələdir. Bu məsləyə diqqət çəkə bilirəmsə, bir qız uşağının gözündə azca da olsa parıltı yarada bilirəmsə, çox sevinərəm. Bu, mənim üçün çox önəmlidir".

Büyüküstün bir vaxtlar özünün və yaşıdlarının da bir uşaq olduğunu unutmamağın vacibliyini vurğulayıb: “Öz qərarlarımızı vermək üçün bizə icazə verilmədiyi, danışmaq istəyərkən susdurulduğumuz vaxtları və duyğularımızı xatırlamalı və bunu uşaqlarımıza etməməli, öz seçimlərini etmələrinə icazə verməliyik. Bu həyatın onlara aid olduğunu, onların bir fərd olduğunu unutmamalı, seçimlərinə müdaxilə etməməliyik. Biz onların söz və ifadə azadlıqlarını əlindən ala bilmərik! Biz o qədər də əhəmiyyətli deyilik. Biz sadəcə onların istədiklərini yerinə yetirən, onlara yol göstərən insanlar ola bilərik".

Gözəl aktrisa qız uşaqlarının həmişə arxa planda qaldığını da ifadə edib: “Nəticə etibarı ilə qızlarda özünə inam aşağı olur. 15-19 yaşında gənc qızların 44 faizi əks cinsin sevgilisi və ya həyat yoldaşına göstərdiyi fiziki və ya psixoloji şiddəti haqlı sayır. Ən dəhşətlisi odur ki, gənc qız şiddətə layiq olduğunu düşünür. Bu çox ağır hissdir. Təəssüf ki, öz güvəni aşağı olan insan öz potensialının fərqinə varmır. Ondan gözlənən tək şey böyüməsi, evlənməsi və dünyaya uşaq gətirməsidir”.

Məlumat üçün bildirək ki, aktrisanın həyat yoldaşı Onur Saylakla boşanmaq üzrə olduğu deyilir.

Aytən













Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/171905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR