Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hacı Natiqin ev dustaqlığının müddəti uzadıldı

Hacı Natiqin ev dustaqlığının müddəti uzadıldı

Date: 12 October 2016 15:49

Səbayel rayon Məhkəməsində Nardaran sakini Natiq Kərimovun barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması haqqında istintaq orqanının təqdimatına baxılıb.

 

Vəkil Eyyub Ələkbərovun APA-ya verdiyi xəbərə görə, məhkəmə onun barəsindəki qətimkan tədbirinin və cinayət işi üzrə ibtidai istintaqın müddətini fevralın 6-dək uzadıb. 

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi,  dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

 

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.


Tags:  Hacı Natiqin ev dustaqlığının müddəti uzadıldı


RƏYLƏR


Top news