Bill Klintonun kəbinsiz oğlu: “1985-ci ildə pul qarşılığında 13 dəfə...”

Bill Klintonun kəbinsiz oğlu: “1985-ci ildə pul qarşılığında 13 dəfə...”
16:03 12 Oktyabr 2016
110 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Arkanzas ştatının qaradərili sakini özünü ölkənin keçmiş prezidenti Bill Klintonun oğlu adlandırıb.

Publika.az xəbər verir ki, 30 yaşlı Denni Uilyams öz həyatı haqqında Britaniyanın “Daily Mail” nəşrinə danışıb.

Denni Uilyams bildirib ki, fahişə olan anası 1985-ci ildə pul qarşılığında 13 dəfə siyasətçi ilə cinsi əlaqədə olub. Qadın hamilə qalıb və doğulmuş körpənin dərisinin işıqlı çalarlarından onun atasının məhz Klinton olduğunu anlayıb.

Arkanzas sakinlərinin çoxu həmçinin hesab edirlər ki, Denni Klintonun oğludur. Klinton 1983-cü ildən 1992-ci ilə qədər ştatın qubernatoru idi.

Məlumata görə, Dennini uşaqlığında atası ilə tanış etmək üçün Klintonun evinə aparıblar. Lakin Uilyamsın sözlərinə görə, xanım Klinton qapını onun üzünə bağlayıb.

“Daily Mail” nəşri yazır ki, Arkanzas sakini ilk dəfə 1999-cu ildə güman edilən atası haqqında ictimaiyyətə danışdı. Ancaq KİV-də informasiya çıxdı ki, Klinton DNT testi ilə razılaşıb və test Denninin iddiasını təsdiq etməyib. Lakin Denninin özü nə vaxtsa belə bir analiz verdiyini inkar edir.

Qeyd edək ki, Bill və Hillari Klinton 1975-ci ildə evlənib. Cütlüyün 1980-ci ildə qızı dünyaya gəlib. Bütün prezidentliyi dövründə (1993-2001) Bill Klintonu seksual qalmaqallar təqib edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR