Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Turan Tovuz" və "Qaradağ Lökbatan" 1/8 finalda

"Turan Tovuz" və "Qaradağ Lökbatan" 1/8 finalda

Date: 12 October 2016 16:17

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib. Fanat.az xəbər verir ki, yarışın 1/16 final mərhələsinin matçları I divizionun 4 klubunun iştirak ilə reallaşıb.


“Turan Tovuz” - “Bakılı” duelindən meydan sahibləri qalib ayrılıb - 4:0. “Şəmkir” isə evdə “Qaradağ Lökbatan”a 1:2 hesabı ilə uduzub.


Qeyd edək ki, “Turan Tovuz” 1/8 finalda "Zirə", “Qaradağ Lökbatan” isə "İnter"lə qarşılaşacaq.


Azərbaycan Kuboku

1/16 final

12 oktyabr


“Turan Tovuz” - “Bakılı” - 4:0 (1:0)

Qollar: Rəhman Musayev, 27 (1:0). Rəhman Musayev, 61 (2:0). Rəhman Musayev, 68 (3:0). Tuqay Alhüseynli, 71 (4:0).

Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov.

Tovuz şəhər stadionu.


"Şəmkir” – “Qaradağ Lökbatan” - 1:2 (1:1)

Qollar: Rüfət Məmmədov, 42 (0:1). Şahin Baleljae, 45 (1:1). Bəxtiyar Soltanov, 90 (1:2).

Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov .

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.





 


Tags:  Turan Tovuz Qaradağ Lökbatan 18 finalda

RƏYLƏR


Top news