Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prokuror soyğunçuluqda təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib

Prokuror soyğunçuluqda təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib

Date: 12 October 2016 16:17

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fəhmi Hümbətov çıxış edib.
Prokuror ibtidai istintaq dövründə cinayət işinin qərəzli aparıldığını bildirib: "Cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalı və obyektiv araşdırılmalıdır. Hətta istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ da pozulub"
Məhkəmə vəsatəti təmin edib. Cinayət işinin baxılmasına xitam verilib və iş baxılması üçün yenidən Bakı Şəhər Prokurorluğuna göndərilib.
Qeyd edək ki, S.Quliyev Aytən Əhmədlinin işlədiyi mağazada soyğunçuluq yolu ilə ondan qızıl əşyalar almaqda təqsirləndirilir. O, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Tags:  Prokuror soyğunçuluqda təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib

RƏYLƏR


Top news