Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Ərim dövlət işində işləyir" - FOTO

"Ərim dövlət işində işləyir" - FOTO

Date: 12 October 2016 16:17

Müğənni Sevda Sanəliyeva "5/5" verilişinə həyat yoldaşı Cəmil və oğlu Elgünlə birlikdə qatılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi aparıcı Zaur Kamalın "Övladın doğuldu, həyatın dəyişdi?" sualına belə cavab verib.

"Bütün həyatımı oğlum dəyişib. Onun gələcəyini fikirləşib, hərəkət edirəm. Bütün mahnılarımı, geyimlərimi yoldaşım özü seçir. Həyat yoldaşım dövlət işində işləyir".

S.Sanəliyeva aparıcının ondan efirdə rəqs etmək istəyini rədd edib. İfaçı bildirib ki, həyat yoldaşı icazə vermir:

"Həyatımdan, ümumiyyətlə, rəqsi çıxardım".

İfaçının həyat yoldaşı "Müğənni həyat yoldaşı olmaq bəziləri üçün çətin gələ bilər, mənə yox" deyə, bildirib.

Qeyd edək ki, S.Sanəliyevanın bir qız övladı da var.

Milli.Az





Tags:  Ərim dövlət işində işləyir FOTO

RƏYLƏR


Top news