Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

OPEC: "Azərbaycan neft hasilatını artıracaq"

OPEC: "Azərbaycan neft hasilatını artıracaq"

Rusiya neft hasilatını azaldıb (25 Mart 2017 19:47)
İrandan neftlə bağlı MÜHÜM AÇIQLAMA (16 Mart 2017 02:38)
OPEC-in hesabatı açıqlanan kimi n eft ucuzlaşdı (14 Mart 2017 23:17)

Tarix: 12 Oktyabr 2016 16:22

2016-cı ildə Azərbaycan və Rusiyada neft hasilatı artdığı bir vaxtda, Qazaxıstan və MDB-nin digər ölkələri "qara qızıl" istehsalını azaldacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə OPEC-in oktyabr ayı üzrə hesabatında deyilir.

OPEC Azərbaycanda orta sutkalıq neft hasilatının 870 min barrel səviyyəsində olacağını proqnozlaşdırır. Bundan öncəki hesabatında da OPEC Azərbaycanda hasilatın qeyd edilən səviyyədə olacağını proqnoz verib. Beləliklə, kartel Azərbaycanda orta sutkalıq hasilatın 10 min barrel artacağı ilə proqnozunu saxlayıb.
 
Avqust ölkəmizdə sutkalıq xam neft istehsalı 30 min barrel azalaraq 860 min barrelə enib.
 
Bildirilir ki, ümumilikdə cari ilin I yarısında ölkə üzrə sutkalıq neft istehsalı stabil səviyyədə saxlanılaraq 870 min barrel təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni, ötən ilin II yarısı ilə müqayisədə isə 20 min barrel çoxdur.

Milli.Az


Teqlər:  OPEC Azərbaycan neft hasilatını artıracaq



RƏYLƏR


Top xəbərlər