Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həyat yoldaşı Çavuşoğlunu təhdid etdi

Həyat yoldaşı Çavuşoğlunu təhdid etdi

Date: 12 October 2016 16:23

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Avropa Şurasının Parlament Assambleyasında ölkəsində gündəmdə olan ölüm cəzasının bərpası məsələsi barədə sualları cavablandırıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir şəxsən ölüm cəzasına qarşı olduğu üçün həyat yoldaşı tərəfindən təhdid edildyini söyləyib:

“Bir parlamentin bombalandığını düşünün. Tanklar körpü üzərində insanları əzib keçirlər, insanlara atəş açırlar. Bundan sonra xalqımızdan ölüm cəzasının bərpası ilə bağlı tələblər gəldi. Xalqın bəzi duyğularını idarə etmək siyasətçilərin vəzifəsidir. Mən şəxsən ölüm cəzasına qarşıyam. Mən həyat yoldaşımı ölüm cəzasının pis olduğuna inandırdım. O, bir gün sonra məni təhdid etdi. “Mən ölüm cəzası ilə bağlı sənin mövqeyini bilirəm. Amma bu dəfə qarşı çıxarsansa, səninlə münasibətlərimi nəzərdən keçirərəm” dedi. Mən heç bir şey söyləmədim. 23 ildir evliyik, məni ilk dəfə təhdid edir. Bunu söyləməkdə məqsədim odur ki, həyat yoldaşım da o tramvanı yaşadı, xalqa nə olduğunu gördü. 15 gün sonra onu yenidən başa saldım, 80 faiz razı etdim. Millət vəkillərimiz də bu mövzunu zamanı gələndə düzgün qiymətləndirəcəklər”, - Mövlüd Çavuşoğlu bildirib.

Qeyd edək ki, iyulun 15-də edilən hərbi çevriliş cəhdindən sonra Türkiyədə ölüm cəzasının bərpası tələbi ilə aksiyalar keçirildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son qərarı parlamentin verəcəyini və parlament ölüm cəzasını bərpa edəcəyi halda buna qarşı olmayacağını deyib.

Avropa Birliyi isə Türkiyəni üzvlük prosesini dondurmaqla təhdid edib.

Ömər Dağlı


Tags:  Həyat yoldaşı Çavuşoğlunu təhdid etdi

RƏYLƏR


Top news