Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fərdi kompüter bazarında azalma davam edir

Fərdi kompüter bazarında azalma davam edir

Date: 12 October 2016 16:35

“IDC” analitik şirkətinin məlumatına görə, 2016-cı ilin üçüncü rübündə dünya bazarına təxminən 68 milyon fərdi kompüter (FK) tədarük edilib ki, bu da 2016-cı ilin ikinci rübü ilə müqayisədə 3.9% aşağıdır.
Analitiklər hesab edirlər ki, gözlənildiyindən daha yaxşı göstəricinin əldə edilməsi güclənən rəqabət və FK sənayesi liderlərinin sahədəki birləşmədən xeyir götürmək cəhdinin nəticəsidir. Ən iri FK istehsalçıları indi daha kiçik şirkətlər üzərində üstünlüklərdən yararlana bilərlər. “IDC”-nin məlumatına görə, 2016-cı ilin iyul-sentyabrında aparıcı üç FK şirkəti –“Lenovo”, “HP Inc.” və “Dell” dünya kompüter bazarının 58%-dən çox hissəsinə nəzarət edib, halbuki bir il əvvəl bu göstərici 55% səviyyəsində idi.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ABŞ-ın FK bazarında artıq ikinci rüb ardıcıl artım müşahidə olunur. Mütəxəssislər qeyd edirlər ki, başqa inkişaf etmiş bazarlar, həmçinin sabit dinamikanı qoruyub saxlayıb. Belə ki, Yaponiya və Kanada ötənilki göstəricilərə yaxın olublar, “EMEA” (Avropa, Yaxın Şərq və Afrika) regionunda isə kiçik azalma müşahidə olunub. Bununla belə, Asiya-Sakit okean regionu (Yaponiya istisna olmaqla) və Latın Amerikasında azalma qeydə alınıb.

Ekspertlər bildiriblər ki, “Lenovo” şirkəti lider mövqeyini saxlayır, ancaq 2013-cü illə müqayisədə Çin şirkətinin üstünlüyü azalır. Rübün nəticəsinə görə, “Lenovo” 14.5 milyon (FK həcminin 21.3%-i) FK tədarük edib. Halbuki bir il əvvəl bu göstərici 14.99 milyon səviyyəsində idi.

ABŞ-ın “HP Inc.” şirkəti ötən rüb FK-nin tədarük həcmini 3.3% artıraraq 14.39 milyona çatdırıb. ABŞ bazarında öz mövqeyini gücləndirməsi şirkətin yüksəlişinə kömək edib. Həmçinin “HP Inc.” korporasiyası “EMEA” və Yaponiyada payını artırıb.

“Dell” şirkəti illik hesablama üzrə 6.2% artım göstərməklə 10.75 milyon FK tədarük edib. Şirkətin bazar payı 14.3%-dən 15.8%-dək yüksəlib.

Emil Hüseynov



Tags:  Fərdi kompüter bazarında azalma davam edir


RƏYLƏR


Top news