Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Turan Tovuz”undan darmadağın

“Turan Tovuz”undan darmadağın

Tarix: 12 Oktyabr 2016 16:38

Bu gün Azərbaycan Kuboku uğrunda oyunlara start verilib.

Publika.az xəbər verir ki, 1/16 final mərhələsində Azərbaycan I Divizionunun lideri “Turan Tovuz” “Bakılı”nı böyük hesabla - 4:0 məğlub edərək 1/8 finala yüksəlib.

“Turan Tovuz” bu mərhələdə “Zirə”ni qəbul edəcək.

1/16 final mərhələsinin digər görüşü isə Şəmkirdə keçirilib. Eyniadlı komanda “Qaradağ Lökbatan”a 1:2 hesabı ilə məğlub olub.

Lökbatan təmsilçisi 1/8 finaldada “İnter”in qonağı olacaq.


Teqlər:  Turan Tovuzundan darmadağın



RƏYLƏR


Top xəbərlər