Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ürəkli olsaq, Almaniyanı da udarıq"

"Ürəkli olsaq, Almaniyanı da udarıq"

Date: 12 October 2016 16:42

Millimiz Çexiyaya qarşı ürəklə oynadı. Futbolçularımız əziyyət çəkdilər. Bir az da ürəklə oynasaydıq, qalib gələ bilərdik.

Milli.Az bildirir ki, bunu azvision.az-a futbol pərəstişkarı olan deputat Aqil Abbas millimizin ötən gün Çexiyaya qarşı keçirdiyi oyunun nəticələrini şərh edərkən deyib. Millət vəkili hesab edir ki, Çexiyanı udmaq olardı, sadəcə olaraq futbolçularımın təcrübəsi buna imkan vermədi. 

"İkinci yerdə qərarlaşmaq asan deyil. San-Marinonu kənara qoyuram, küçə komandasıdır. Amma Norveç və Çexiya ilə mübarizə aparmaq çətin idi. Çexiya ilə heç-heçə etmək əziyyət tələb edirdi. Yaxşı oyun idi . Növbəti oyunlara köklənməq və komandamıza dəstək vermək lazımdır. Bilirsiniz ki, Avropada çoxlu azərbayacanlılar yaşayır. Ancaq bu, yetərli deyil. Təkcə Almaniyada, Fransada, İtaliyada, İsveçrədə 5 milyona yaxın türk yaşayır. Bizim oradakı lobbilərimiz türkləri stadionlara yığmalıdır". 

A.Abbas Avropada fəaliyyət göstərən diaspora nümayəndələrimizi oyun öncəsi aktiv olmağa səsləyib: "Yadımdadır, Litviyada Türkiyə millisi oynayırdı. Stadionda başdan-ayağa Azərbayacan bayraqları dalğalanırdı. Və camaat da "Neftçi-Neftçi" deyə qışqırırdı. Şərhçi dedi ki,"Neftçi" bizim azeri kardeşlərimizin ən güclü futbol komanadalarından biridir və onlar türk bayrağı ilə yanaşı Azərbaycan bayarağını da götürüb bizi dəstəkləyirlər. Doğrudur, bizim o imkanlarımız yoxdur ki, buradan 3-5 min adamı Avropaya göndərək. Amma aradakı diaspor təşkilatlarımız fəal olmalı, bu istiqamətdə iş görməlidirlər".

Deputat hesab edir ki, millimizin növbəti oyunları heç də asan olmayacaq: "Növbətdə Almaniya, İrlandiya oyunları var. Bizim üçün çətindir. Amma futbolda nəticəni əvvəlcədən bilmək olmur. Futbolçularımız yaxşı hazırlaşsalar, ürəkli olsalar, Almaniyanı da uda bilərik. Rəqib güclü olsa da, ondan qorxmaq lazım deyil. İnanıram ki, millimiz Almaniyanı udub, dünyada sensasiyaya səbəb olacaq".

Qeyd edək ki, ötən gün futbol üzrə Azərbaycan yığma komandası 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya millisi ilə görüşüb. Çexiyanın Ostrave-Vitkoviçiç şəhərindəki "Metski" stadionunda oynanılan görüşdə hesab açılmayıb. Futbolçularımız əzmkarlıq göstərərk qapını toxunulmaz saxlayaraq, olduqca mühüm olan bir xalı milli komandamızın aktivinə yaza biliblər. Azərbaycan milli komandası 7 xalla qrupda Almaniyadan sonra ikinci sırada qərarlaşıb.

Milli.Az


Tags:  Ürəkli olsaq Almaniyanı udarıq

RƏYLƏR


Top news