Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan sentyabrda Ukraynadan 4,6 min ton şəkər alıb

Azərbaycan sentyabrda Ukraynadan 4,6 min ton şəkər alıb

Date: 12 October 2016 16:42

Bakı. 12 oktyabr. REPORT.AZ/ Ukraynanın şəkər istehsalçıları 2016-cı ilin sentyabr ayında 39,9 min ton şəkər ixrac edib. "Report"un Ukrayna "Qolos" saytına istinadən verdiyi xəbərə görə, bu, son 5 ildə rekord aylıq göstərici hesab edilir.
Ukrayna şəkərini ən çox Şri-Lanka (11,52 min ton), Gürcüstan (6,43 min ton) və Azərbaycan (4,62 min ton) alıb. Daha 4,24 min tonunu Myanma, 2,28 min tonunu isə Tacikistan idxal edib.
"Ukrtsukor" Assosiasiyasının proqnozlarına görə, yerli istehsalçılar təqvim ilinin sonuna qədər 250 min ton şəkər ixrac edəcək.
Assosiasiya Aqrar Siyasət və Ərzaq Nazirliyinə Avropa İttifaqına şəkər tədarükü üçün kvotasının 15 dəfə (300 min tonadək) artırılması təklifi ilə müraciət edib.

Tags:  Azərbaycan sentyabrda Ukraynadan min ton şəkər alıb

RƏYLƏR


Top news