Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Suriyada döyüşən Zöhraba 12 il yarım CƏZA

Suriyada döyüşən Zöhraba 12 il yarım CƏZA

Date: 12 October 2016 16:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən Adəm Məmmədov müdafiə çıxışı edib. O, Z.Məmmədovun səhhətində problemlər olduğunu deyərək, onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Daha sonra məhkəmədə hökm elan olunub. Hökmə əsasən, Z.Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Rəsmi məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Zöhrab Məmmədov Suriya ərazisindəki "Mühacir Ansar" silahlı birləşməsinin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıb.

Milli.Az


Tags:  Suriyada döyüşən Zöhraba 12 il yarım CƏZA

RƏYLƏR


Top news