ARDNF Rusiyanın "VTB" bankından indiyədək 25 mln. dollar dividend əldə edib

ARDNF Rusiyanın "VTB" bankından indiyədək 25 mln. dollar dividend əldə edib
16:57 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı,12 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhmdarı olduğu Rusiyanın "Bank VTB" ASC-dən indiyə qədər 25 mln.dollar dividend əldə edib. "Report" xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib. 
Onun sözlərinə görə, "Bank VTB" Rusiyanın ən iri banklarından biridir və onun səhmlərinin 60%-i dövlətə məxsusdur. Bu baxından Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar onun səhmlərini bir qədər ucuzlaşdırıb, amma Fond bankdakı payını satmsaq niyyətində deyil: "Təbii ki, Rusiyaya qarşı sanksiyalar bu banka da təsir etməyə bilməzdi. Ona görə də onun səhmlərinin qiymətində azalma müşahidə olunub.Amma müxtəlif ekspertlərin fikrincə, sanksiyaların səngiməsindən sonra bankın səhmləri 25% bahalaşcaq. Neft Fondu uzunmüddətli investordur. Bizim bu bankdakı səhmləri satmaq fikrimiz yoxdur". 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/ardnf-rusiyanin-vtb-bankindan-indiyedek-25-mln-dollar-divident-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR