Azərbaycanda iqtisadi geologiya üzrə araşdırmalara başlanılacaq

Azərbaycanda iqtisadi geologiya üzrə araşdırmalara başlanılacaq
17:05 12 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda yeni istiqamət olaraq tibbi geologiya sahəsində tədqiqatlar aparılır və yaxın gələcəkdə iqtisadi geologiya üzrə də araşdırmalara başlanılacaq.

Milli.Az bildirir ki, institutdan Trend-ə verilən məlumata görə, bunu İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının (İTHEA) direktoru Meir Zadok və Veyzman İnstitutunun İmmunnologiya fakültəsinin professoru Rut Arnon ilə keçirilən görüşdə GGİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov deyib.

M.Zadok İTHEA-nın GGİ ilə əməkdaşlıq edə biləcək təşkilatları və mütəxəssislərindən söz açıb. R.Anon qeyd edib ki, son illər İsraildə yeni neft-qaz yataqlarının aşkarlanması orada geoloji və geofiziki tədqiqatların önəmliliyini artırıb. Bu baxımdan qurumlar arasında əməkdaşlığın inkişafı zəruridir.

Görüşdə tərəflər əməkdaşlıq üçün konkret imkanları və müştərək tədqiqat sahələrini müzakirə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR