ABB-nin səhmdarları bankın törəmə sığorta şirkətinin bağlanmasına müsbət yanaşıb

ABB-nin səhmdarları bankın törəmə sığorta şirkətinin bağlanmasına müsbət yanaşıb
17:07 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bir qədər əvvəl "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. "Report" xəbər verir ki, gözlənildiyi kimi yığıncaqda bankın törəmə müəssisəsi olan "Beynəlxalq Sığorta Şirkəti" (BSŞ) ASC-nin fəaliyyətinə xitam verilməsi haqqında məsələ müzakirə edilib.
ABB-nin səhmdarları şirkətin bağlanmasına müsbət yanaşıb.
Bu məsələ ilə bağlı bankın rəsmi açıqlama yayacağı gozlənilir. 
Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/abb-nin-sehmdarlari-bankin-toreme-sigorta-sirketinin-baglanmasina-musbet-yanasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR