Zöhrə Əlimirzəyeva: "Bu saatadək qanvermə aksiyasında 1764 litr qan yığılıb"

Zöhrə Əlimirzəyeva: "Bu saatadək qanvermə aksiyasında 1764 litr qan yığılıb"
17:07 12 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Aşura günü münasibətilə Azərbaycanda keçirilən qanvermə aksiyası davam edir.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva "Report"a bildirib ki, hazırkı saata qədər Azərbaycanın bölgələrində və paytaxtda ümumillikdə 3 922 donor tətəfindən qan verilib.
Onun sözlərinə görə, 1 764 litr qan yığılıb: "Qanvermə aksiyasının ən fəal olduğu məscidlər "Təzəpir" və Mir Mövsüm Ağa məscidləridir. Qanvermə axşam saatlarına kimi davam edəcək".
Qeyd edək ki, bu gün Aşura münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir. Qanvermə aksiyası 15 məscid, Mərkəzi Qan Bankı və onun Quba və Şirvanda olan bölmələrində keçirilir.  

Xəbərin orijinal ünvanı: http://report.az/din/zohre-elimirzeyeva-bu-saatadek-qanverme-aksiyasinda-1764-litr-qan-yigilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR