Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Neft Fondunun aktivlərinin həcmi daha 1 mlrd. dollar artacaq

Neft Fondunun aktivlərinin həcmi daha 1 mlrd. dollar artacaq

Date: 12 October 2016 17:08

Gələn il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi daha 1 mlrd. dollar artacaq.

Publika.az xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib. O bildirib ki, 2016-cı ilin sonuna aktivlərin həcmi 34 mlrd. dollar təşkil edəcək. Gələn il fond tarazlaşdırılmış büdcə siyasəti həyata keçirəcək. Aktivləri 2017-ci ildə 1 mlrd. dollar da artacaq.

O da məlim olub ki, ARDNF Beynəlxalq Bankdakı depozitin müddətini uzada bilər: “Qaydaya görə, fond aktivlərinin 5%-ini yerli bazarda yerləşdirə bilər. Bu da təxminən 1,6 mlrd. dollar edir. Biz 1 mlrd. dollar yerləşdirmişik. Daha 600 mln. dollar yerləşdirmək fikrimiz yoxdur".

Qeyd edək ki, vəsait 1 il müddətinə, 4%-lik gəlirliliklə yerləşdirilib. İcraçı direktor əlavə edib ki, bankın istəyi olarsa, depozitin müddəti uzadılacaq.

Ş. Mövsümov bildirib ki, fondun başqa banka depozit yerləşdirmək fikri yoxdur.

İqtisadiyyat şöbəsi


Tags:  Neft Fondunun aktivlərinin həcmi mlrd dollar artacaq

RƏYLƏR


Top news