Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Erməni Kardaşyan biabır oldu, saytı məhkəməyə verdi - FOTO

Erməni Kardaşyan biabır oldu, saytı məhkəməyə verdi - FOTO

Date: 12 October 2016 17:12

ABŞ-ın ən populyar realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan Kim Kardaşyan MediaTakeout saytını məhkəməyə verib. Bu sayt Kardaşyanın Parisdə 11 milyon dollarlıq zinət əşyalarının aparılması ilə başa çatan qarətinin, əslində, qurama, əvvəlcədən hazırlanmış əhvalat olduğunu yazmışdı.

Milli.Az CBS-ə istinadən bildirir ki, 35 yaşlı K.Kardaşyanın vəkilləri saytın özü ilə yanaşı, bu media resursunun baş redaktoru Fred Mvanqaquhunqa ya qarşı iddia qaldırıblar.

Şikayət ərizəsi Nyu-Yorkun federal dairə məhkəməsinə verilib.

"Sayt Kardaşyanı yalanda və oğurluqda suçlayır. Halbuki, materialların müəllifləri bu iddiaları təsdiqləyəcək informasiya və sübutlara malik deyillər", - ərizədə deyilir.

Mvanqaquhunqa təkzib dərc etmək və ya Kardaşyandan üzr istəmək niyyətində deyil.

MediaTakeout yazmışdı ki, Kim Kardaşyan 11 milyon dollarlıq zinət əşyalarının guya oğurlandığını sübut etmək üçün "qarət"i hazırlayıb: məqsəd həmin zinət əşyalarına görə sığortanı almaqdı.

Məşhur Gizmodo portalı da Kim Kardaşyanın bu qarəti əvvəlcədən "səhnələşdirdiyini" yazıb.

Belə ki, Parisdəki "Hotel de Pourtales" otelinə soxularaq Kardaşyanı guya "qarət" edən, üzlərində maska olan 5 şəxs erməni şou ulduzunun bu oteldə qaldığını əsla bilə bilməzdilər.

Bundan başqa, Kim Kardaşyan qarət günü şəxsi mühafizəçisi Paskal Duvye ilə fotosunu Twitter-dəki profilində paylaşaraq "Bu oğlan həmişə mənimlə kadrdadır" yazsa da, qarət zamanı Duvye "qəflətən" oteldə olmayıb.

Və ən nəhayət, Kim Kardaşyan qarətin baş verdiyi vaxtda, gecə saat 02.30-da İnstagram-da paylaşım edib: qarət olubsa, belə paylaşım necə gerçəkləşə bilərdi?!

Milli.Az








Tags:  Erməni Kardaşyan biabır oldu saytı məhkəməyə verdi FOTO

RƏYLƏR


Top news