“Dilmanc”da nöqsan, yoxsa təxribat? - “Böyük qardaş Ermənistan”

“Dilmanc”da nöqsan, yoxsa təxribat? - “Böyük qardaş Ermənistan”
17:18 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Dilmanc” proqramında ciddi nöqsan aşkarlanıb.

Proqramda “RA” hərf birləşməsi türkcə “ağabey” (böyük qardaş) kimi tərcümə olunur. Lakin birləşmənin yanına başqa bir söz əlavə etdikdə “RA” Ermənistan kimi tərcümə edilir. Ayrılıqda böyük qardaş kimi tərcümə olunan birləşmənin cümlə içərisində Ermənistan kimi tərcümə olunması isə maraq doğurur.




Məsələ ilə bağlı “Dilmanc” mütəxəssisi ilə əlaqə saxladıq. Tərcümə sisteminin statistika ilə işlədiyini deyən mütəxəssis bunun bazanın az olması ilə bağlı yaşanan problem olduğunu bildirib. Problemin nə zaman aradan qaldırılacağına gəldikdə isə mütəxəssis tərcümə sisteminin yeni versiyası üzərində çalışdıqlarını və problemin gələcək versiyalarda həll ediləcəyini qeyd edib.

Qeyd edək ki, “Dilmanc” onlayn tərcümə sistemidir. Dünyanın 50-dən çox dilindən (dilinə) ödənişsiz tərcüməni həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/171919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR