Başına 1 milyon qoyulan terrorçu öldürüldü

Başına 1 milyon qoyulan terrorçu öldürüldü
17:23 12 Oktyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına ağır zərbə vurub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bitlis vilayətinin Güroymak mahalında başına 1 milyon lirə pul mükafatı qoyulan “Rojhat Vartinus” kod adlı M. N. Ö. ölü ələ keçirilib.

O, PKK-nın Güroymak mahalı üzrə lideri idi. “Aras” kod adlı N.B. isə yaralı olaraq tutulub.

Terrorçularla birlikdə 1 ədəd M-16 piyada tüfəngi və 1 ədəd “Kalaşnikov” avtomat silahı ələ keçirilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR