Azərbaycan dəmir yolunun Səngəçal istehsalat bazası istifadəyə verilib

Azərbaycan dəmir yolunun Səngəçal istehsalat bazası istifadəyə verilib
17:27 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları" QSC-nin "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi"  MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib. Açılış mərasimində “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov iştirak edib.

Qeyd edək ki, Azərbaycanda dəmir yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr əsasən “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi"  MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, cari iqtisadi şəraitdə kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli deyil: "Bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulmasına yanvar ayında start verilib. Əsaslı təmirdən sonra burada iki baza fəaliyyət göstərir".
Qeyd edək ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada iş prosesi ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənməyib. Bununla da, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq.
Hazırda bazada müxtəlif fasilələrlə 6 ədəd çatılı kran fəaliyyət göstərir. "Azərbaycan Dəmir Yolları" QSC-nin köməyi ilə daha 2 ədəd yeni çatılı kran alınıb.
Ərazidə yeni inzibati bina, əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyununb-geyinmə otaqları və duşxanalar, gözətçi budkası, tikilib-istifadəyə verilib, ərazi müasir səviyyəli hazırlanmış, eyni zamanda sexlərin fəaliyyət imkanlarını artırmaq üçün yeni otaqlar, yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilib.
Texnika üçün nəzərdə tutulan anqarın və yeni stadionun tikintisi davam edir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri C.Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib. 






Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycan-demir-yolunun-sengecal-istehsalat-bazasi-istifadeye-verilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR