Vladimir Putin Rusiya-ABŞ münasibətlərinin normallaşması şərtlərini açıqlayıb

Vladimir Putin Rusiya-ABŞ münasibətlərinin normallaşması şərtlərini açıqlayıb
17:32 12 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ "ABŞ özünü Rusiya ilə tərəfdaş kimi aparmalıdır və belə olan halda Moskva Vaşinqtonla dialoqa hazır olacaq".
"Report" RBK-ya istinadən xəbər verir ki, bunu Rusiya prezident Vladimir Putin "Rusiya çağırır!" forumunda deyib.
O, eyni zamanda ABŞ-ın hazırkı siyasətini diktəedici adlandırıb.
Dövlət başçısı Rusiyada ABŞ ilə münasibətlərin pisləşməsinin narahatlıq doğurduğunu qeyd edib.
"Biz də Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahat oluruq, amma bu, bizim seçimimiz deyil. Biz heç vaxt buna can atmamışıq. Əksinə, biz ABŞ kimi ölkə ilə dost münasibətlərdə olmağı istəyirik", - deyə V.Putin bildirib.
Rusiya prezidenti ABŞ-ın hazırkı rəhbərliyi ilə dialoq aparmağın çətin olduğunu vurğulayıb: "İndi iki ölkə arasında heç bir dialoq yoxdur".

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/vladimir-putin-rusiya-abs-munasibetlerinin-normallasmasi-sertlerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR