"ATƏT/DTİHB MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək istəyir"

"ATƏT/DTİHB MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək istəyir"
17:47 12 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.

Milli.Az bildirir ki, MSK-nın Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, komissiya sədri qonağı salamlayaraq görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.

Səmimi qəbul üçün sədr M.Pənahova təşəkkürünü bildirən ATƏT/DTİHB-nin direktoru MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək istədiklərini bildirib və qeyd edib ki, bu cür görüşlər əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.

M.Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında, əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda mövcud olan hərtərəfli şərait və demokratik mühit seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsinə geniş imkanlar yaradır.

Görüş çərçivəsində M.Link həmçinin, sədr M.Pənahovu bu ilin noyabr ayında Vyanada keçiriləcək seçki məsələlərinə həsr olunan tədbirə şəxsən dəvət etməkdən məmnunluğunu bildirib.

Görüşdə həmçinin qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/478779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR