Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin “soyuq müharibə”nin səbəbini açıqladı

Putin “soyuq müharibə”nin səbəbini açıqladı

Date: 12 October 2016 18:03

“ABŞ prezidenti Barak Obamanın administrasiyası ilə dialoq aparmaq çətindir. Çünki, Amerika tərəfi şərtlərini diktə etməyə cəhd edir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” forumunda çıxışında deyib.

“İndiki administrasiya ilə danışıqlar aparmaq çox çətindir. Axı, dialoq praktik olaraq yoxdur. Administrasiyadan təkid edirlər ki, ona lazım olanlar yerinə yetirilməlidir. Amma bu, dialoq deyil, bu, hansısa birinin diktəsidir. Və belə demək olar ki, hər məsələ üzrə eyni vəziyyətdir”, - Putin bildirib.

Dövlət başçısı əlavə etdi ki, Rusiya Moskva və Vaşinqtonun bir-birinin maraqlarına hörmət edəcəyi şərti ilə ABŞ-la əməkdaşlığa hazırdır: “Vəziyyətin normallaşması üçün nə etmək lazımdır? Bir-birinin maraqlarını nəzərə almaq lazımdır. Biz buna hazırıq”.

Prezident bildirib ki, Moskva Rusiya-Amerika münasibətlərinin pisləşməsinə görə narahat olub. O, həmçinin qeyd edib ki, bu, Moskvanın seçimi deyil.

Putinin sözlərinə görə, Moskva Amerika xalqının seçdiyi istənilən liderlə işləyəcək. “Əgər Birləşmiş Ştatların rəhbərliyi bizimlə işləmək istəyərsə”, - Putin əlavə edib.

Ömər Dağlı


Tags:  Putin soyuq müharibənin səbəbini açıqladı


RƏYLƏR


Top news