"ABB-də fond bir milyard dollarlıq depozit yerləşdirib"

"ABB-də fond bir milyard dollarlıq depozit yerləşdirib"
18:05 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Azərbaycan Beynəlxalq Bankında (ABB) depozit həcminin artırılması və digər banklarda depozitlərin yerləşdirilməsi üzrə planlar yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fondun qaydalarına əsasən, SOFAZ aktivlərinin ümumi həcminin beş faizə qədərini daxili bazarda yerləşdirmək imkanına malikdir: "Bizim aktivlər hazırda 35,82 milyard dollar təşkil edir. ABB-də fond bir milyard dollarlıq depozit yerləşdirib".

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/478783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR