Şahmar Mövsümov: “Gələn il neft üzrə sabit gəlirlilik olacaq”

Şahmar Mövsümov: “Gələn il neft üzrə sabit gəlirlilik olacaq”
18:07 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz üzrə gəlirləri iki parametrdən - hasilat və qiymətdən asılıdır. Bu iki parametr üzrə göstəricilərdən çıxış etsək, növbəti ildə müəyyən qədər sabit gəlirlilik olacağını demək olar”.
“Report” xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, hasilat üzrə müəyyən qədər proqnozlar vermək mümkündür: “Qiymət isə bizdən asılı olmayan parametdir. Növbəti ilin dövlət büdcəsində baza qiymət 40 dollar/barel götürülüb. Hasilatın isə o qədər dəyişmə ehtimalı yoxdur, yəni sabit qalacağı proqnozlaşdırılır. Bu iki paramentrdən çıxş etsək görərik ki, gələn il müəyyən qədər sabit gəlirlilik olacaq". 
"Bu ilin əvvəlindən indiyədək neftin orta qiyməti 42-43 dollar/barel olubsa, növbəti ildə də 40 dollar/barel olsa, bu ildən fərqli gəlirlilik olmayacaq”, - deyə Ş.Mövsümov əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/sahmar-movsumov-gelen-il-neft-uzre-sabit-gelirlilik-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR