"Real Madrid" Toni Kroosla müqavilə müddətini artırıb

"Real Madrid" Toni Kroosla müqavilə müddətini artırıb
18:07 12 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu futbolçusu Toni Kroosla müqavilə müddətini artırıb.
"Report"un Madrid klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni müqaviləyə əsasən Kroos 2022-ci il iyunun 30-dək La Liqada çıxış edəcək. Əvvəlki müqaviləyə əsasən Kroos 2020-ci ilədək "Real Madrid"də qalmalı idi.
26 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanma mərasimi bu gün komandanın ev oyunlarını keçirdiyi "Santiaqo Bernabeu" stadionunda keçirilib.
Qeyd edək ki, Kroos 2014-cü ilin yayında 30 milyon avro müqabilində Almaniyanın "Bavariya" klubundan transfer edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/real-madrid-toni-kroosla-muqavile-muddetini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR