Rəqs edən 49 yaşlı milyarder haqqında 10 maraqlı fakt - VİDEO

Rəqs edən 49 yaşlı milyarder haqqında 10 maraqlı fakt - VİDEO
18:18 12 Oktyabr 2016
357 Şou
Ölkə mətbuatı
A- A+

Rəqsi ilə sosial şəbəkədə qısa müddət ərzində populyarlşan milyarder yeni videoları ilə izləyicilərini sevindirir.

Publika.az xəbər verir ki, "rəqs edən milyarder" - Canluka instaqramda dəbdəbəli həyatını, şəxsi təyyarə və bahalı yaxtalarını mütəmadi olaraq nümayiş etdirir. Biz bu yazıda oxucuları instaqramın yeni ulduzu, 49 yaşlı italiyalı milyarder Canluka Vakki haqqında 10 faktla tanış edirik.

1. O, heç vaxt rəqs dərsləri almayıb, sadəcə musiqi duyumu güclüdür və ritmləri yaxşı tutur.

2. O, gənc həyat yoldaşı ilə dostunun verdiyi qonaqlıqda tanış olub.

3. Onun həyat yoldaşı geyim dizaynı ilə məşğul olur.

4. Onun fikrincə, qadın ilk növbədə kişinin azadlıq hüququna hörmət etməlidir.

5. Münasibətlərdə ən başlıcası qarşılıqlı hörmət hissidir.

6. O, bu yaxınlarda Rusiyadakı pərəstişkarları ilə görüşə hazırlaşır.

7. O, sağlam həyat tərzi sürür, demək olar ki, içmir. Maksimum 2 qədəh təmiz araq içir.

8. O, həftənin hər günü 1 saatdan çox idmanla məşğul olur.

9. O, rəqs edəndə sol şalvarının balağını qatlayır, sol qoluna həmişə bilərzik taxır.

10. Onun uğurunun sirri sadədir: Hər kəsin yalnız bir həyatı var, ona görə də bu şansı layiqincə dəyərləndirmək və onu istədiyin kimi yaşamaq lazımdır.

Aytən














Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/171928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR