Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Aşura günü keçirilmiş qanvermə aksiyasında toplanan qanın miqdarı açıqlanıb

Aşura günü keçirilmiş qanvermə aksiyasında toplanan qanın miqdarı açıqlanıb

Azərbaycanda donorların verdiyi qanın miqdarı artıb (21 Mart 2017 09:32)
Naxçıvanda heç kimin işıq pulu borcu yoxdur - CƏDVƏL (04 Mart 2017 11:05)
"Kapital Bank"-da qanvermə aksiyası (16 Fevral 2017 14:18)

Tarix: 12 Oktyabr 2016 18:52

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilmiş qanvermə aksiyası başa çatıb.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva "Report"a bildirib ki, qanvermə aksiyasında ümumillikdə 4 141 nəfər iştirak edib.
Onun sözlərinə görə, nəticə etibarilə 1863,3 litr qan yığılıb: "Qanvermə aksiyasının ən fəal olduğu məscidlər "Təzəpir" və "Mir Mövsüm Ağa" məscidləri olub".
Qeyd edək ki, bu gün Aşura münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiya 15 məscid, Mərkəzi Qan Bankı və onun Quba və Şirvanda olan bölmələrində baş tutub.  

Teqlər:  Aşura günü keçirilmiş qanvermə aksiyasında toplanan qanın miqdarı açıqlanıb



RƏYLƏR


Top xəbərlər