Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aşura günü 1863,3 litr qan toplandı

Aşura günü 1863,3 litr qan toplandı

Date: 12 October 2016 19:08

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında 1863,3 litr qan tədarük olunub.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərinin 9 regionların isə 6 məsciddə keçirilib. Əvvəlki illərdən fərgli olaraq bu il əlavə QubaŞirvan Qan bankı bölmələribə könüllü aksiyalar təşkil olunub.

"Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Cümə", "Qaraçuxur", " Hacı Soltan-Əli" Keşlə qəsəbə məscidləri, Hacı Əjdər məscidi, Nardaran məscidi, Sumqayıt şəhər Cümə məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhər məscidi, Gəncə şəhər İmamzadə məscidi, Bərdə şəhər Cümə məscidi, Lənkəran şəhər Böyükbazar məscidi, MQB-nın Şirvan bölməsi, MQB-nın Quba bölməsi. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qanvermə aksiyaları keçirilib. Saat 9:00-dan 18.00-a kimi aksiyalarda 4141 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1863,3 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.


Tags:  Aşura günü 1863 litr qan toplandı

RƏYLƏR


Top news