Türkiyə parçalanacaq, 8 günə müharibə, Putin Qarabağın əvəzinə... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə parçalanacaq, 8 günə müharibə, Putin Qarabağın əvəzinə... - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 12 Oktyabr 2016
563 Ölkə
Ölkə mətbuatı
A- A+

İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın İstanbulda bir araya gəlməsi İrəvanda təşvişlə qarşılanıb. Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin Dağlıq Qarabağla bağlı gizli müzakirələr apardığı iddia edilir. Moskva və Ankara arasında münasibətlər normallaşdığı bir vaxtda, Ankara və Vaşinqton arasında baş verənlər “soyuq müharibə”nin başlana biləcəyini göstərir. Putin isə ABŞ-la “soyuq müharibə”nin səbəbini açıqladı.

Rusiya Qarabağın əvəzinə bunu istəyir – İstanbulda gizli müzakirə

Oktyabrın 10-da İstanbulda görüşən Azərbaycan, Rusiya və Türkiyə prezidentləri – İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın səmimi görüntüləri Ermənistanda ciddi narahatlıq yaradıb.

“Armenianreport” saytında yayımlanan məqalənin müəllifi Tevos Arşakyan yazır ki, İstanbul görüşü erməni siyasətçiləri və rəsmilərin təşvişinə səbəb olub. “Ermənistan Türkiyə-Rusiya yaxınlaşmasından həmişə əziyyət çəkib. Prinsip etibarilə Moskvanın Ermənistanı Ankaraya qurban verəcəyini gözləmək olar”, - deyə məqalədə bildirilir.
Həmçinin İstanbulda prezidentlər arasındakı müzakirələrdə Qarabağ məsələsinin də gündəm olduğu deyilir.

Rusiya Qarabağın əvəzinə bunu istəyir – İstanbulda gizli müzakirə

İstanbulda Rusiya, Türkiyə və Azərbaycan liderlərinin görüşü Ermənistanda ciddi təşvişlə qarşılanıb.

Yerevanda təşviş yaradan digər bir məsələ Qazaxıstan prezidenti Nursultan Nazarbayevin oktyabrın 13-də Ermənistana nəzərdə tutduğu səfəri təxirə salmasıdır.

Qazaxıstan lideri xəstəliyi səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçiriləcək toplantısına qatılmayacaq. Hazırda Nursultan Nazarbayev soyuqladığı üçün həkim nəzarətindədir.

Amma bəzi ekspertlər belə düşünür ki, Dağlıq Qarabağ mövzusunda daim Azərbaycanın haqlı mövqeyini müdafiə edən Qazaxıstan prezidenti məhz İrəvana getməmək üçün “diplomatik xəstəliyə” tutulub.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasında çıxışında regional münaqişələrə toxunub.

Türkiyə XİN başçısı Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiyam və Balkanlarda mövcud olan münaqişələrin bütün regionun sabitliyinə təhdid olduğunu bildirib.

Ərdoğandan ŞOK BƏYANAT: “Obama ilə danışandan 3 saat sonra...” – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ lideri Fəthullah Gülənin ekstradisiyası məsələsini növbəti dəfə gündəmə gətirib və ABŞ-ın Suriya siyasətini tənqid edib.

“Bizdən terrorçuları istəyəndə veririk, amma onlar belə bir terrorçunu bizə vermir. Bizim aramızda cinayətkarların ekstradisiyası ilə bağlı razılaşma var. Bundan sonra biz də verməyəcəyik”, - Ərdoğan deyib.

Türkiyə prezidenti PKK terror təşkilatının lideri Abdullah Öcalanı verdiklərini, əvəzində FETÖ-nü icad etdiklərini bildirib. Ərdoğan həmçinin ABŞ-ı Suriyada terrorçu təşkilatları silahlandırmaqda ittiham edib.

Ərdoğandan ŞOK BƏYANAT: “Obama ilə danışandan 3 saat sonra...” – VİDEO

“Bizdən terrorçuları istədikləri zaman veririk, amma onlar belə bir terrorçunu bizə vermir. Bizim aramızda cinayətkarların ekstradisiyası ilə bağlı razılaşma var. Bundan sonra biz də verməyəcəyik”.

“Anadolu” agentliyinə müsahibəsində Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş da Suriyadakı vəziyyətdən narahatlığını ifadə edib.

Dünyanın Suriyadakı hadisələrə görə regional və ya dünya müharibəsinin kandarında olduğunu deyən Numan Kurtulmuş üçüncü güclərin əli ilə aparılan müharibənin başa çatmaq üzrə olduğunu vurğulayıb. “Daha dəqiq söyləyim, artıq Amerika ilə Rusiya döyüşəcək nöqtəyə gəlib. Bu, o deməkdir ki, biz regional, ya da dünya müharibəsinin kandarındayıq”, - o, bildirib.

Numan Kurtulmuş Suriya rejiminin də üçüncü güclərin əli ilə döyüşdüyünü və bir alət olduğunu vurğulayıb.

“Suriya rejimi bu döyüşdə piyadalardan biridir. Onu dəstəkləyən güclər də bu döyüşün uzun müddət davam etdirilməsinin mümkün olmadığını görürlər. Rejim bütün suriyalıları tək-tək öldürə bilmədiyi üçün Əsədin uzlaşma nöqtəsinə gəldiyi qənaətindəyəm. Amma problem budur: Suriya xalqı bu qədər əliqanlı bir diktatorla, əliqanlı bir rejimlə uzlaşa bilərmi?” – o, deyib.

Numan Kurtulmuş həmçinin, türk əsgərinin İraqdan çıxarılmasını tələb edən bu ölkənin baş naziri Haydar Əl-İbadiyə mesaj göndərib. Baş nazirin müavini Türkiyənin Başikadakı varlığının qanunsuz olmadığını, ehtiyac olduğu müddətdə oradan çıxmayacaqların deyib.

“Beynəlxalq ictimaiyyət və İraq hökuməti İŞİD-lə həqiqətən də mübarizə aparırsa, hazırda ən mühüm məsələ Mosulun xilası olmalıdır. Türkiyə də məhz Mosula, bu şəhərin əhalisinə dəstək vermək üçün oradadır. İraqın baş naziri başqalarının təsiri altında qalıb, ona görə də siyasətdən danışa bilmir. Əgər siz oraya başqa bir terror qruplaşmasını çağırsanız, İraqda sülhə nail olmaq mümkünsüz hal alacaq. Eyni zamanda, Mosul problemi də həllini tapmayacaq. Məzhəb savaşının nə sünnilərə, nə də şiələrə faydası var. İmperializm hədəfləri olan ölkələr Orta Şərqdə məzhəb savaşı başladıb, buranı parçalamağa çalışır”, - deyə baş nazirin köməkçisi çıxışında bildirib.

Türk kəşfiyyat şefindən SOS: Türkiyə yox ola bilər

Suriya və İraqda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlara qatılmağa hazırlaşan Ankaraya Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi general İsmayıl Hakkı Pekindən xəbərdarlıq gəlib.

Onun sözlərinə görə, Türkiyə rəsmi Dəməşq və Bağdadla əlaqələrini gücləndirməlidir.General ABŞ-a istiqamətlənən siyasətin Ankaranın maraqlarına cavab vermədiyini bildirib.

“Putinlə keçirilən görüşlər Türkiyənin Suriya siyasətində dəyişiklik başladığını göstərir. Ankaranın bu ölkədə daha ehtiyatlı hərəkət etməsinə ehtiyac var. Ölkənin Suriya siyasəti tez bir zamanda dəyişə bilməz. Ona görə ki, burada oyunçu sayı çoxdur. Suriyada ABŞ, İran, Rusiya və digərləri var. Üstəlik, Türkiyənin ABŞ-ı birbaşa özünə düşmən edərək hərəkətə keçməsi mümkün deyil. Buna görə də Rusiya, İran, Suriya, İraqla birgə hərəkət etməlidir. Vaşinqtonun strategiyası Suriyanı parçalamaqdır. Bu, Türkiyənin parçalanmasına səbəb olacaq. Parçalanan Türkiyə isə nə Qərbin, nə də Rusiyanın işinə yarayacaq. Türkiyə Bağdadla dost olmaq yerinə onu özündən uzaqlaşdırır, bu isə ABŞ-a sərf edir. Türkiyə İraqın yenidən bərpasında əsas söz sahibi olmalıdır. Çünki biz qonşuyuq və oradan gələn təhdidlə üz-üzəyik. Üstəlik, Ankara yeni osmanlıçılıq siyasətindən əl çəkməlidir. Bunu həyata keçirmək üçün gücümüz yoxdur. Əgər inad edib arxasınca getsək, Türkiyə, İraq, Suriya parçalanacaq. Nəticədə ABŞ-ın Böyük Yaxın Şərq layihəsinə dəstək vermiş olacağıq”, - o, vurğulayıb.

Edilən bütün xəbərdarlıqlara baxmayaraq, Türkiyə İraq və Suriyadakı proseslərdən kənarda qalmaq niyyətində deyil.

Türkiyə Baş qərargah rəisi Hulisi Akar bu İraqla sərhəddə yerləşən hərbi birliklərə baş çəkib. Məlumatlara görə, H.Akar Mosul əməliyyatına başlamaq üçün son hazırlıqları yoxlayıb.

Əsas plan əməliyyat zamanı yarana biləcək köç dalğasının sərhəd bölgəsinə təsirinin qarşısını almaqdır. Bununla yanaşı, H.Akar PKK ilə aparılan mübarizənin vəziyyətini də öyrənib. Sərhəd bölgəsinə çoxsaylı zirehli texnika da yerləşdirilib.

Qeyd edək ki, Türkiyə oktyabrın 20-dən sonra Mosul əməliyyatına başlamaq istəyir.

Rusiya Federasiya Şurasının bugünkü qərarı isə Moskvanı Suriyadan çıxarmağın asan olmayacağını göstərir.

Rusiya parlamentinin yuxarı palatası “əbədi razılaşma”nı təsdiqləyib. Söhbət Suriyanın Xmeymim təyyarə bazasının Rusiya tərəfindən pulsuz və müddətsiz istifadəsi haqqında razılaşmadan gedir.Razılaşmanı 158 senator dəstəkləyib. Beləliklə, Moskva Suriya ilə bağlı maraqların strateji və uzunmüddətli xarakter daşıdığını Qərbə, o cümlədən ABŞ-a göstərmiş oldu.

Rusiya prezidenti Vladimir Putin də bu ABŞ-a mesaj göndərdi ki, onun diktəsi ilə hərəkət etmək niyyətində deyil.

Putin “Rusiya çağırır” forumunda çıxışında ABŞ prezidenti Barak Obamanın administrasiyası ilə dialoq aparmaq çətin olduğunu, Amerika tərəfinin şərtlərini diktə etməyə cəhd etdiyini bildirib.

“İndiki administrasiya ilə danışıqlar aparmaq çox çətindir. Axı, dialoq praktik olaraq yoxdur. Administrasiyadan təkid edirlər ki, ona lazım olanlar yerinə yetirilməlidir. Amma bu, dialoq deyil, bu, hansısa birinin diktəsidir. Və belə demək olar ki, hər məsələ üzrə eyni vəziyyətdir”, - Putin bildirib.

Putin “soyuq müharibə”nin səbəbini açıqladı

“ABŞ prezidenti Barak Obamanın administrasiyası ilə dialoq aparmaq çətindir. Çünki, Amerika tərəfi şərtlərini diktə etməyə cəhd edir”.

Ankaranın israrla ABŞ-dan istədiyi Fəthullah Gülənin isə vəliəhdi məlum olub. Türkiyə mediasının yazdığına görə, Gülən Türkiyəyə qaytarılacağı, yaxud da səhhətində problemlər yaranacağı halda onu Mehmet Əli Şengül əvəz edəcək.

Məlumata görə, ilk olaraq Gülənin ən yaxın qrupunda yer alan Mehmet Əli Şengül, Cövdət Türkyolu, Osman Şimşək və Əhməd Kurucanın adı çəkilsə də, sonradan Şengül yeni lider olaraq önə çıxıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR