SKMF Biləsuvar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Biləsuvar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
20:12 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirlikdən “Report”a verilən məlumata görə, fond sahibkarlardan iri taxılçılıq, müasir heyvandarlıq kompleksinin, intensiz bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, 3 ulduz otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.
Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail:info@anfes.gov.az) müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/skmf-bilesuvar-rayonunda-sahibkarlardan-investisiya-layihelerinin-qebuluna-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR