Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakı Metropoliteni" açıq tender keçirir

"Bakı Metropoliteni" açıq tender keçirir

Date: 12 October 2016 20:42

Bakı.12 oktyabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC fərdi mühafizə vasitələrinin satınalınması üzrə açıq tender keçirir.  
"Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, tender 1 lot üzrə keçirilir.
Qeyd edək ki, müsabiqədə iştirak haqqı 200 manat təşkil edir. 
İddiaçılar zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 noyabr saat 18:00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə noyabrın 28-i saat 15:00-a qədər Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına "İcraya nəzarət, kargüzarlıq və Təsərrüfat işləri" şöbəsinə təqdim etməlidirlər.
İddiaçıların təklifləri noyabrın 29-da saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaq. 
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

Tags:  Bakı Metropoliteni açıq tender keçirir


RƏYLƏR


Top news