Gürcüstanda 4 seçki məntəqəsində təkrar səvermə keçiriləcək

Gürcüstanda 4 seçki məntəqəsində təkrar səvermə keçiriləcək
20:47 12 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Hazırkı mərhələdə Gürcüstanda ikinci tur səsverməsi 4 seçki məntəqəsində keçiriləcək.

APA-nın məlumatına görə, bu say dairə seçki komissiyalarına daxil olan şikayətlər əsasında arta bilər.

Mərkəzi Seçki komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladzenin məlumatına görə, təkrar səsvermə Zuqdidəki 39 nömrəli Qamxuri, həmçinin 79 və 108 nömrəli Cixaşkari seçki məntəqələrində baş tutacaq. Bundan başqa, təkrar seçki Marneulidəki 48 nömrəli Qızılhacılı seçki məntəqəsində keçiriləcək.

MSK mətbuat katibinin məlumatına görə, ikinci tur seçkisinin keçirilməsi ilə bağlı MSK-nın qərarı olacaq. Anna Mikeladze təkrar səsvermənin son tarixi 23 oktyabr olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR