Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qəbələ”dən Cavid Hüseynovun azadlığına - Reaksiya

“Qəbələ”dən Cavid Hüseynovun azadlığına - Reaksiya

Date: 12 October 2016 20:58

“Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun azadlığa çıxması ilə bütün diqqət onun yenidən yaşıl meydanlara qayıtmasına yönəlib.

“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar HacıyevModern.az-a açıqlamasında futbolçunun azadlığıa çıxmasına şad olduqlarını deyib:

“Hazırda bizim klub olaraq bütün diqqətimiz “İnter”lə oyuna yönəlib. Cavidin yenidən kluba qayıdıb-qayıtmayacağı barədə məlumatım yoxdur. Onun kluba qaytarılması səlahiyyət sahiblərinin ixtiyarında olan məsələdir”.

A.Hacıyev bildirib ki, futbolçunun yenidən kluba qaytarılması ilə bağlı müzakirə aparılmayıb: “Əvvəldən də onun azadlığa çıxacağı təqdirdə kluba qaytarılması barədə müzakirələr aparılmayıb”.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı təqsirləndirilən sabiq kapitan Cavid Hüseynov bu gün azadlığa çıxıb. C.Hüseynov hadisələrdən sonra klubdan uzaqlaşdırılmışdı.


Tags:  Qəbələdən Cavid Hüseynovun azadlığına Reaksiya

RƏYLƏR


Top news