Pik saatlarda avtobus dərdi çəkən sərnişinlər

Pik saatlarda avtobus dərdi çəkən sərnişinlər
21:12 12 Oktyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin dolu avtobus qəza törətdi (09 Fevral 2017 22:47)

İndiyədək paytaxt üzrə sərnişin axınının sayı öyrənilməyib

Sərnişinlər müasir standartlara cavab verən "BakuBus" avtobuslarından razı olsalar da, pik saatlarında bu avtobusların aralarında intervallar artırılır, eyni zamanda avtobus qıtlığı müşahidə olunur. Bunun nəticəsində də sərnişinlər dayanacaqlarda xeyli müddət gözləmək məcburiyyətində qalırlar.

Sərnişin Qasım Həsənlinin sözlərinə görə, adi vaxtda hiss olunmasa da, pik saatlarında avtobusların qıtlığı yaşanır: "Avtobuslara çətinliklə minir və basabasda getməli oluruq. Hər gün gedib-gəldiyimiz üçün müşahidə etmişik ki, pik saatlarında "BakuBus" avtobusları arasında interval vaxtı artırılır. Halbuki, əksinə olmalıdır. Pik saatlarında daha çox avtobus xəttə buraxılmalı və interval vaxtları minimuma endirilməlidir. Təbii ki, avtobus şirkətlərinin sahibləri qazancı deyil, sərnişinləri düşünürsə".

Sərnişinlərin çoxu bu vəziyyətdən narazıdır. Digər sərnişin Təranə Səlimzadə isə deyir ki, avtobus şirkətləri bilə-bilə pik saatlarında avtobuslar arasında intervalları artırır: "Adi vaxtlarda tələsən az olur və dolu avtobusa minmir. Pik saatlarında, insanların işə, dərsə və evə tələsdiyi vaxtlarda avtobusların arasında interval vaxtlarını artırırlar. Bilirlər ki, camaat məcburiyyətdən onsuz da minəcək, qapıda da olsa, sallanaraq gedəcək. Elə xətlər var ki, yarım saat gözləməli oluruq. Təəssüf ki, son zamanlar "BakuBus" avtobuslarında da belə hallarla rastlaşırıq".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "Ekspress"ə bildirib ki, ümumiyyətlə, müəyyən marşrut xətlərində avtobus sayıyla bağlı problemlər mövcuddur: "Məsələn, ətraf qəsəbələrdən gələn marşrut xətlərinin sayında problemlər müşahidə olunur. Amma bunun ən böyük səbəblərindən biri indiyədək Bakı şəhəri üzrə sərnişin axınının sayının öyrənilməməsidir. Bununla bağlı təhlil aparılmadığından, bu günə qədər əlimizdə əsaslı say, statistika yoxdur ki, biz, məsələn, deyək, ətraf qəsəbələrdən, Zığ-Hövsandan şəhər istiqamətində daxil olan avtobusların sayında sərnişin sayı ilə uyğunluq var",- deyən müsahibimiz bildirir ki, avtobusların sayı sərnişinlərin sayına uyğun deyil və tərs mütənasiblik təşkil edir.

Onun sözlərinə görə, marşrut xətlərində avtobus daşıyıcı şirkətlər xidmət göstərirlər. Avtobuslar dövlətə məxsus deyil, onlar şirkətin balansındadır: "O avtobusların da şirkət sahibi təbii ki, rentabelliyi əsas götürərək həmin sərnişin axınına mütənasib yox, məhz istədiyi sayda avtobus buraxır ki, həmin avtobuslar da rentabelliyi qoruyub saxlaya bilsinlər. O ki, qaldı "BakuBus" avtobuslarında pik saatlarında intervalın artmasına, bu, normaldır. Avtobuslar yerüstü ictimai nəqliyyat növüdür. Ona görə, yerin üstündə baş verən istənilən proseslər, istənilən hər bir hadisə yerüstü nəqliyyat növünün hərəkətinə maneə törədir. Yerüstü gedən qazıntı, yol təmir-bərpa işləri və yaxud pik saatlarında tıxaclar avtobusların rahat hərəkətinə mane olur və avtobus sürücüləri özlərindən asılı olmayan səbəblər üzündən yubanırlar. Hətta şəxsi minik avtomobilləri idarə edərkən də pik saatlarında hərəkət edəndə sözügedən problemlə qarşılaşırıq və gedəcəyimiz məkana adi vaxtda çatdığımızdan daha gec çatırıq. Bu, avtobusun problemi deyil".

Avtobuslar arasında interval müddətinin azaldılmasına gəlincə, N.Allahyarova deyib ki, ümumiyyətlə, şəhəriçi müntəzəm sərnişin daşıyan ictimai nəqliyyat növü üçün şəhər daxilində konkret limit qoyulmur: "Bununla bağlı hər hansı qayda mövcud deyil ki, limit, interval 3 və ya 8 dəqiqə olmalıdır. Amma biz adətən "BakuBus" avtobusları və digər marşrut xətlərində olan avtobuslar üçün intervalı 3-5 dəqiqə qoyuruq. Ancaq təbii ki, pik vaxtlarında, tıxac olanda, yolda qazıntı, yol təmir-bərpa işləri aparılanda və ya hər hansı problem olarsa, interval dəyişir".

Həmsöhbətimiz avtobusların sayının artırılması məsələsinə də toxunub. Bildirib ki, Bakı Nəqliyyat Agentliyi qış rejiminə keçidlə əlaqədar olaraq təxminən sərnişinlərin ən sıx olduğu və pik saatlarında çox acınacaqlı vəziyyətin müşahidə olunduğu yerlərdə avtobusların sayının artırılması ilə bağlı göstəriş verib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bacısının telefonunu başqası açdı: dediyi yerə çatanda ŞOK OLDU - VİDEO - FOTO

26 May 2017 17:22

​Autizmli uşaqlar üçün xeyriyyə aksiyası

26 May 2017 17:21

SOCAR neftlə çirklənmiş 1844 hektar ərazini təmizləyib

26 May 2017 17:17

Trampın şərəfinə dondurma hazırlandı

26 May 2017 17:17

Rusiya Bankı: 5 ilə müştərilərin 80-90%-i bank xidmətlərindən məsafədən istifadə edəcək

26 May 2017 17:17

Manatın MƏZƏNNƏSİ

26 May 2017 17:17

MDB ölkələrinin müdafiə nazirləri 2018-ci il üçün birgə təlimlər planını təsdiqləyib

26 May 2017 17:17

Borc üstündə iş yoldaşını güllələdi - VİDEO - FOTO

26 May 2017 17:17

Gəncədə üzərinə ağac aşan yeniyetmə ölüb

26 May 2017 17:17

Mayın 30-na manatın məzənnəsi

26 May 2017 17:15

Tramp xəstəliyə tutulub?

26 May 2017 17:12

ADU tələbələri “Piqmalion” pyesini səhnələşdirib (FOTO)

26 May 2017 17:08

Belarus XİN başçısı: "Minskdə Azərbaycan Ticarət Evinin açılışı əmtəə dövriyyəsinin artmasına kömək edəcək"

26 May 2017 17:07

Azərbaycanın ən yaşlı seçicisi - "O, 3 əsrdə yaşayıb"

26 May 2017 17:05

"Moody's": Çində iqtisadi artım tempi 5%-ə düşəcək

26 May 2017 17:02

Bakıda Avstraliya-Azərbaycan biznes-forumunun keçirilməsi planlaşdırılır (FOTO)

26 May 2017 17:01

İtaliyada Trampın şərəfinə dondurma hazırlanıb

26 May 2017 17:01

DİQQƏTLİ OLUN: Hamı bu gecəni gözləyir...

26 May 2017 16:58

"Qarabağ" ilk "yüzlük"də, "Qəbələ" "Neftçi"ni keçdi

26 May 2017 16:57

"Qarabağ"ın futbolçusu Yunanıstanla oyuna çağırıldı

26 May 2017 16:57

Autizmli uşaqlar üçün xeyriyyə aksiyası - FOTO

26 May 2017 16:52

“Abşeronneft”in hasilatı plandan 12% çox olub

26 May 2017 16:52

Beynəlxalq Bankdan reytinqin düşməsi ilə bağlı AÇIQLAMA

26 May 2017 16:52

Azərbaycan şirkəti dünyanın ən böyük musiqi holdinqinə qarşı çoxmilyonluq iddia qaldırıb

26 May 2017 16:52

Donald Tramp: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir

26 May 2017 16:50

40-54 yaş arasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri çoxluq təşkil edir (FOTO)

26 May 2017 16:50

Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı var

26 May 2017 16:47

Məzunlar "Son zəng"i belə qeyd etdi

26 May 2017 16:44

"Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi" layihəsinin ikinci mərhələsi elan edilib

26 May 2017 16:43

Bir zamanların məşhur müğənnisi tanınmaz halda - FOTO

26 May 2017 16:42

Praqada AŞPA-nın büro və komitə iclasları keçiriləcək

26 May 2017 16:37

Yüzlərlə “Android” proqramı istifadəçiləri izləmək üçün ultrasəsdən istifadə edir

26 May 2017 16:35

Müsəlman ölkəsində 25 xaçpərəst güllələndi

26 May 2017 16:33

Azərbaycanda polislər cibindən pul verib körpünü təmir etdirdi - FOTO

26 May 2017 16:32

"Azərbaycanın 5 min illik dövlətçilik tarixi var" - Yaqub Mahmudov - FOTO

26 May 2017 16:32

Azərbaycanda seçicilərin sayı artıb

26 May 2017 16:29

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

26 May 2017 16:27

İslamiadada götürülən dopinq-testlərin sayı açıqlanıb

26 May 2017 16:27

Azərbaycanlı həkimlər doğuşu "Facebook"-da canlı yayımladı

26 May 2017 16:27

Lavrov: “Nəticələrin məhvedici olacağını ABŞ da etiraf edir”

26 May 2017 16:23

Astanada dünyadakı ilk Türkologiya Muzeyi açılıb

26 May 2017 16:22

Stress çarxından sizdə də var? - Uşaqlarınıza verməyin - FOTO

26 May 2017 16:22

Xalid Əhmədov: “Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin düşməsi müvəqqəti haldır”

26 May 2017 16:22

21 yaşlı azərbaycanlı qız İŞİD-ə qoşuldu - FOTO

26 May 2017 16:22

UNEC kollektivi İstiqlal Muzeyində olub

26 May 2017 16:22

​Bu gün niyyət gecəsidir

26 May 2017 16:19

Mustafa Cecelinin gəzdiyi qız həyat yoldaşından boşanma SƏBƏBİ OLDU - FOTO

26 May 2017 16:18

Bu gecə niyyət axşamıdır

26 May 2017 16:17

İcbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə ailə həkimləri üçün təlimlər keçirilib

26 May 2017 16:15

Rusiyanın “Sberbank”ı səhmdarlarına 2 mlrd. dollardan artıq dividend ödəyəcək

26 May 2017 16:12