Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin, Merkel və Olland arasında telefon danışığı olub

Putin, Merkel və Olland arasında telefon danışığı olub

Date: 12 October 2016 21:17

Rusiya prezidenti Vladimr Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı Suriya böhranı müzakirə edilib, terror təhlükəsinə qarşı mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.
 
"Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, oktyabrın 15-də Lozannada keçirilməsi nəzərdə tutulan Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri, regionun bir sıra ölkə nümayəndələrinin də iştirak edəcəyi  görüşdə Suriyada münaqişənin nizamlanması baxımından məhsuldar olacaq", məlumatda deyilir.

Milli.Az


Tags:  Putin Merkel Olland arasında telefon danışığı olub


RƏYLƏR


Top news