"Ən vacibi "Qəbələ" ilə oyundan qalib ayrılmaqdır"

"Ən vacibi "Qəbələ" ilə oyundan qalib ayrılmaqdır"
21:37 12 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Fransanın "Saint-Etienne" klubunun futbolçusu Loik Perren UEFA-nın rəsmi saytına müsahibə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Perren açıqlamasında bildirib ki, komanda qrupdakı vəziyyətini düzəltmək üçün növbəti oyunda "Qəbələ"yə qalib gəlməlidir: "İlk iki oyunumuzun yaxşı alındığını demək olar. Çünki həm "Mainz", həm də "Anderlecht"ə son dəqiqələrdə qol vurduq. Həmin bərabərlik qolları komandamıza yaxşı motivasiya verir. Bu, heç də pis hal deyil. Belə olan halda mövqeyimiz yaxşılaşacaq. Məqsədimiz evdə 3 xal qazanmaqdır. Növbəti iki oyunun yekununda qrupdan çıxmaq məsələsini həll etsək, ideal olardı. Ən vacibi "Qəbələ" ilə oyundan qalib ayrılmaqdır".

Qeyd edək ki, C qrupunda "Qəbələ" və "Saint-Etienne"dən əlavə, "Anderlecht" (Belçika) və "Mainz" (Almaniya) komandaları mübarizə aparır. "Qəbələ" "Saint-Etienne"lə oktyabrın 20-də səfərdə, noyabrın 3-də Bakıda qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR