"O səs Türkiyə"də iştirak edən azərbaycanlı: "Gündə 200-300 mesaj alıramsa, onların 95%-i..." - FOTO

"O səs Türkiyə"də iştirak edən azərbaycanlı: "Gündə 200-300 mesaj alıramsa, onların 95%-i..." - FOTO
22:17 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyədə azərbaycanlı “canlı bomba”lar həbs edildi - 2-si qadındır - FOTO (16 İyun 2017 11:42)
Mənsimov tədbirdə dava etdi: bir-birlərinə stəkan atdılar - FOTO (14 May 2017 12:43)
Azərbaycanlı aktrisa klubda striptiz göstərdi (13 May 2017 13:01)

Milli.Az opera ifaçısı İlham Nəzərovun musavat.com-a müsahibəsini təqdim edir.

O, güclü səsi, möhtəşəm performansı ilə bir anda Türkiyəyə və Azərbaycana səs saldı. Və "O səs Türkiyə"nin səhnəsində səsləndirdiyi "Ayrılıq" mahnısı və Murat Bozu duelə çağırması ilə diqqətləri üzərinə çəkdi. Söhbət nadir səs sayılan iki səs tembri ilə (bariton və kontrtenor) ifa edən opera ifaçısı İlham Nəzərovdan gedir. 

O, 1985-ci ildə anadan olub və Bülbül adına orta ixtisas məktəbində təhsil alıb. Bakı Musiqi Akademiyasında vokal üzrə bakalavr, daha sonra magistr təhsilini başa vurub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Ozimo şəhərində yerləşən D-ArteLirica Akademiyasında kontrtenor səs tembri üzrə təhsilini davam etdirib. 

Müsahibim ölkəmizi bir çox müsabiqələrdə təmsil edib və böyük nailiyyətlər əldə etsə də, çoxları onu "O səs Türkiyə" müsabiqəsində göstərdiyi performans ilə tanıdı. Bz də İlham Nəzərovu oxuculara daha yaxından tanıtmaq üçün Filarmoniya bağında görüşdük. Onunla söhbətə elə müsabiqəyə qatılmasından başladıq: 

- Son zamanlar azərbaycanlıların "O səs Türkiyə" müsabiqəsinə axını başlayıb. Sizin bu müsabiqəyə cəlb edən nə idi?

- Mən bir çox önəmli müsabiqələrə qatılmışam, müvəffəqiyyət qazanmışam, amma insanlar məni tanımayıb. Bəzən deyirlər ki, tanınsan, ulduz xəstəliyinə tutularsan. Mən birdən-birə sənətə gəlməmişəm. 16 ilə yaxındır ki, bu işi görürəm. Bülbül adına orta ixtisas məktəbində və Bakı Musiqi Akademiyasında bakalavr, magistr təhsili almışam.  İtaliyada təhsilimi davam etdirmişəm. Fransada, İngiltərədə master-klasslar keçmişəm. Məşhurluq haqda heç vaxt düşünməmişəm. İstəməmişəm ki, sənətin incəliklərini bilmədən tanınım. Sənəti tam mənimsəmək üçün önümdə illər var. Mən irəlilədikcə məşhurluq özü məni tapır. Məncə, sənətin 0-da 1-ni bilmirəm, öyrənməliyəm. Türkiyə mənə böyük kömək oldu.

- Belə başa düşdüm ki, bu qədər nailiyyəti olan ifaçını xalqın tanımamasının səbəbi özüdür... 

- Özümü tanıtmağa imkanım olmayıb. Musiqili Komediya Teatrında çalışmışam. Filarmoniyanın artistiyəm. Müəllim kimi fəaliyyət göstərirəm. Dəfələrlə İctimai və dövlət televiziyasının qonağı olmuşam. İctimai Televiziyanın haqqını yeyə bilmərəm, tez-tez proqramlara dəvət edirlər. Tanınmamağımın bir səbəbi də insanların opera sənətinə marağının olmamasıdır. Mən də Türkiyəyə özümü tanıtmaq üçün getdim. Bilirəm ki, "O səs Türkiyə"nin Azərbaycanda izləyicisi kifayət qədər çoxdur. Mənim üçün ən yaxşı variant xalqımın başqa ölkədən məni tanımasıdır. 

- Çıxışınızla hər iki ölkədə diqqət çəkdiniz. Bu qədər diqqət gözləyirdinizmi?

- Gündə 200-300 mesaj alıramsa, onların 95%-i Türkiyə türklərindəndir. Həmyerlilərimdən çox az mesajlar gəlir. Əsas odur ki, mesajların 99 faizində xoş sözlər yazılır. Əlbəttə, mənə irad bildirənlər də var. Onların fikirlərinə hörmətlə yanaşıram. Hər kəs məni sevməli deyil. Mənim oxuduğum janr bəsit deyil ki, hamı anlasın. Mən kontrtenorlar üzrə dünya ikincisiyəm. Amma o zaman heç kim maraqlanmadı ki, ikinci yeri tutan azərbaycanlı kimdir? Necə olub ki, ikinci yeri qazanıb? Bu insan nə oxuyur? Amma "O səs Türkiyə" müsabiqəsindən sonra çoxları məni tanıyır. Deyə bilərəm ki, məqsədimə çatdım.

- Tənqidlər əsasən nədən ibarətdir? 

- Tənqid edənlər azərbaycanlılardır. Deyirlər ki, mahnını niyə korladınız. Mən mahnını korlamadım, öz hislərimi qatdım. Düşündüm ki, mahnıya nə qata bilərəm? O düşüncə ilə Allahın mənə bəxş etdiyi iki səs tembrini göstərdim. Əlimə düşən fürsət idi, hər kəsə göstərdim ki, Azərbaycanın mənim kimi istedadlı övladı var. 

- Müsabiqə təəssüratlarınızdan danışaq... 

- Müsabiqə çox gözəldir, məşhur telekanalda, məşhur insanın təqdimatında efirə gedir. Acun Ilıcalı işinin peşəkarıdır. Münsiflər də tanınmış, öz sözünü demiş şəxslərdir. Murat Boz gözəl musiqiçidir, Azərbaycanda minlərlə onu sevən insan var. Onu duelə çağırmaq böyük risk idi, amma onunla səhnəni bölüşmək çox xoş oldu. Duel sadəcə sözdə idi, əsas odur ki, onunla səhnəni bölüşdüm. Sibel Can da səhnəyə gəldi, üçümüz az da olsa, birlikdə "Ayrılıq" ifa etdik. İçimdə qorxu yox idi. Mən bu sənətə pillə-pillə gəlmişəm. Səhnədə arxayın idim. Şükürlər olsun ki, öhdəsindən gələ bildim. 

- Bütün münsifləri döndərə bildiniz. 4 münsifin də dönəcəyini gözləyirdiniz? Niyə Hakan-Gökhan qardaşlarını seçdiniz?

- Münsiflərin hamısının sənətinə hörmətim var, hamısı mənim üçün dəyərlidir. O an ürəyimdən keçən onlar oldu. Əvvəldən seçim etməmişdim. Əslində heç birinin dönəcəyini düşünmürdüm. Hər ehtimala qarşı isə ağlımda qardaşlar vardı. Mən bürclərə inanmadığmı desəm də, içimdə xırda inam var. Düşünürəm ki, tərəzilər yaradıcı insan olurlar.  Qardaşlar da, mən də oktyabrda doğulmuşuq, tərəzi bürcüyük. Bu da səbəblərimdən biridir. 

- Növbəti turlara hazırsınızmı?

- Yəqin ki, növbəti turda mahnını münsif ilə birlikdə seçəcəyik. İstər pop, istər xalq mahnısı, istər opera olsun, hamısını oxumağa hazıram, səsim bütün janrlarda ifa etməyə imkan verir.

- Ailəniz müsabiqədəki uğurunuzu necə qarşıladı? Yəqin ki, onlar sizin müvəffəqiyyət qazanmağınıza öyrəşiblər...

- Ailəm çox sevindi və gördüyüm diqqət qarşısında təəccübləndi. Bu günə kimi dəfələrlə mötəbər festival və müsabiqələrdə iştirak edib, mühüm yerlər tutmuşam. Amma heç biri bu qədər rezonans doğurmayıb. Ailə üzvlərim  xoşbəxt oldu, onlar mənim çəkdiyim əziyyətləri görürlər. Bilirlər ki, səhər saat 9-dan axşam saat 11-ə kimi məşq edirəm, çalışıram. Mənim işimə dəyər veriləndə xoşbəxt oluram. Mən xoşbəxt olanda ailəm də xoşbəxt olur. Onlar da xoşbəxt olanda mən sənətimə daha çox bağlanıram. 

- Müsabiqədən birincilik gözləyirsinizmi?

- Birincilik gözləmirəm. İkinci tura keçəcəyimi də düşünmürəm. Orada Acun Ilıcalı da dedi ki, qaramsar insansınız. Qaramsar, insan deyiləm. Sadəcə realistəm, hər şey ola bilər. Birinci də ola bilərəm. Allah nə istəsə, o olacaq.

-  Müsahibədən öncə söhbət zamanı qeyd etdiniz ki, yeni müsabiqəyə hazırlaşırsınız. Bu haqda məlumat verərdiniz...

- Oktyabrın 22-23-də Rusiyada Müslüm Moqamayev adına müsabiqə olacaq. Azərbaycanı təmsil edəcək iki nəfərdən biri mənəm. M.Moqamayev sayəsində bu sənətdəyəm. Onun pərəstişkarı olub, mahnılarını dinləyib, musiqiyə yönəlmişəm. Mənim üçün bu müsabiqədə iştirak etmək şərəfdir. 700-800 nəfər arasından 15 nəfəri seçiblər, onlardan biri də mənəm. Bu, böyük bir nailiyyətdir. İtaliyada tamaşalarım var, onlara hazırlaşıram. Noyabrda solo konsert verəcəyəm. Tələbələrimlə məşğulam. Yayda başqa bir müsabiqə də var, onunla bağlı hazırlıqlar görürəm. Maşallah  işlər çoxdur. 

- Bir az əvvələ gedək... Bildiyim qədəri ilə ailənizdə musiqiçi yoxdur. Yəqin oxuculara da maraqlı olar. Musiqiyə gəlişiniz necə oldu?

- Ailəmizdə musiqiçi yoxdur. Mən nə qazanmışamsa, atam İslam Nəzərova borcluyam. Atam peşəkar musiqiçi olmasa da, gözəl qarmon ifa edir. Məncə, musiqi onun genlərində var idi, mənə də atamdan keçib. Atam mənim xanəndə olmağımı istəyirdi. Mən Bülbül adına Musiqi Məktəbinə xanəndə olaraq, daxil olmuşam. Özümü  heç vaxt xanəndə kimi görməmişəm. Muğam böyük dərgahdır. Atam hər zaman deyirdi ki, muğamı 30 yaşdan sonra anlayacaqsan. Onun dediyi kimi də oldu. 31 yaşımda muğamı tam dərk etdim. Musiqi məktəbində oxuyan zaman müəllimimə dedim ki, vokal və ya opera oxumaq istəyirəm. Caz festivalında oxuduğum üçün bəyəndilər və sinfimi dəyişdilər. Heydər Əliyev Sarayında ilk dəfə Kvazimodo obrazını oynadım. Musiqi tarixçəm belədir. İçimdə olan musiqi burulğanı məni bu sahəyə gətirdi.

- İlham Nəzərovun gələcək hədəfləri nələrdir?

- Ölkəmizdə insanların operaya olan marağını artırmaq istəyirəm. Ciddi musiqini insanlara sevdirməliyik. İnsanlar ciddi musiqiyə qulaq asmırlarsa, bu, biz musiqiçilərin günahıdır. Mən ailəliyəm, ailəmin, xalqımın firavan yaşamasını istəyirəm. Bu yaşıma kimi Azərbaycanın adını zirvələrə daşımışam. Gələcək hədəfim isə ölkəmə müvəffəqiyyət qazandırmaqdır. Dəfələrlə müsabiqələrdə ermənilər bizim mahnıları öz adlarından ifa etmək istəyiblər, mane olmuşam. Arzum məşhur olmaq deyil, xoşbəxt olmaq və normal yaşamaqdır.

- Normal yaşamaq deyərkən maddiyyatı da nəzərdə tutursunuz?

- Bir sənətçinin musiqidən başqa düşüncəsinin olmamasını diləyirəm. Təbii ki, buraya maddi tərəflər də aiddir. Başqa beyin yoran məsələləri düşünmək istəmirəm. Metroda gedəndə soruşurlar ki, niyə metroda gedirsiniz? Sonra yazırlar ki, sizi metroda gördük. O sizsiniz? Bəli, metroda, avtobusda gedirəm. Bəziləri deyir ki, özünüzü xalqa göstərmək, bizdən biri olduğunuzu sübut etmək üçün metrodan istifadə edirsiniz. Mən 20 ildir ki, metro ilə gedib-gəlirəm. 20 ildir ki, özümü göstərirəm? Məni xalqın böyük əksəriyyəti Türkiyədəki çıxışımdan sonra tanıdı. Mənim imkanım metro ilə getməyə çatır. Bəlkə də, sabah imkanım şəxsi maşında getməyə çatacaq, onunla gedəcəyəm. Mən hər şeyi olduğu kimi danışmağı sevirəm. Dünən kim olmuşamsa, bu gün də oyam. Sabah da dəyişməyəcəyimə əminəm.

Milli.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

​Venesuelada vəziyyət nəzarətdən çıxır -

25 İyun 2017 07:35

Yaponiyada zəlzələ baş verdi

25 İyun 2017 07:33

Türk rəssamın fantastik kollajları - FOTO

25 İyun 2017 07:32

Mosulda güclü partlayış olub: 12 ölü, 20 yaralı

25 İyun 2017 07:29

Yaponiya silkələndi

25 İyun 2017 07:09

Boksçu məşq zalından çıxarkən güllələndi

25 İyun 2017 06:53

İnterpolun rəhbəri dünya üçün 3 əsas təhdidi açıqladı

25 İyun 2017 06:39

Əsl evlərə bənzəyən kağız binalar - FOTO

25 İyun 2017 06:32

Həftə sonu istirahətinizə rəng qatacaq 10 ƏN YAXŞI RİYAZİ FİLM

25 İyun 2017 06:03

Bakıda yaşlı kişi küçədə bıçaqlanıb

25 İyun 2017 06:02

Altı yaşlı oğlan bacısını güllələdi

25 İyun 2017 05:59

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

25 İyun 2017 05:55

Pakistanda ölənlərin sayı 85-ə çatdı -

25 İyun 2017 05:51

70 yaşlı müğənni bikinili fotosunu paylaşdı

25 İyun 2017 05:44

Qırmızı işıqda keçdi, qəza törətdi - Xəsarət alanlar var - FOTO/VİDEO

25 İyun 2017 05:23

Ulduz futbolçu karyerasını bitirdi - VİDEO

25 İyun 2017 04:58

Türkiyədə növbəti zəhərlənmə qalmaqalı - 10 əsgər...

25 İyun 2017 04:33

Saqqalı qırxan kişi necə dəyişir? - FOTO

25 İyun 2017 04:32

Rusiya mübarizəni dayandırdı -

25 İyun 2017 04:30

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Bakıda konsertlə çıxış ediblər FOTOSESSİYA

25 İyun 2017 04:15

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb

25 İyun 2017 04:12

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 04:09

İranda bir qrup terrorçu saxlanıldı

25 İyun 2017 03:58

Abşeronda yanğın olub

25 İyun 2017 03:50

Çindən tələfat xəbəri gəldi -

25 İyun 2017 03:42

Toyların unikal fotolarını çəkir - FOTO

25 İyun 2017 03:32

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 02:54

Dənizdə bir nəfər itkin düşdü

25 İyun 2017 02:35

Sehrli aləmlərdəki meşə pəriləri - FOTO

25 İyun 2017 02:32

İsrail Suriyada yaşayış evlərini raket atəşinə tutub, azı 25 nəfər yaralanıb

25 İyun 2017 02:12

Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır"

25 İyun 2017 01:52

Misir prezidenti adaları Səudiyyəyə verildi

25 İyun 2017 01:43

İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

25 İyun 2017 01:32

Evdə doğan sevgitlisinin fotolarını çəkdi - FOTO

25 İyun 2017 01:32

Gəncədə yanğın -

25 İyun 2017 01:28

Suriya ordusu Deyr-əz-Zora hücumun qarşısını alıb, 20 terrorçu öldürülüb

25 İyun 2017 01:17

İmişlidə oğurluq edən iki qardaş tutuldu

25 İyun 2017 01:13

İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

25 İyun 2017 00:32

Londonda növbəti həyəcan -

25 İyun 2017 00:24

Astroloji proqnoz - 25 iyun

25 İyun 2017 00:13

Günün qoroskopu: xaotik hərəkətlərdən çəkinin

25 İyun 2017 00:05

Dənizdə batan şəxsin axtarışı aparılır

25 İyun 2017 00:04

Jobs iPhone-nu kimin acığına yaratmışdı?

24 İyun 2017 23:57

SSRİ-nin qızları - FOTO

24 İyun 2017 23:52

Duzlaşmaya qarşı hansı qidanı istehlak edək

24 İyun 2017 23:47

Dənizdə bir nəfər batıb, axtarış aparılır

24 İyun 2017 23:47

Xanıma ərinin gözləri qarşısında təcavüz etdilər -

24 İyun 2017 23:46

Kiyevdə deputat yol qəzasında ölüb

24 İyun 2017 23:42

SSRİ casuslarının taleyi necə oldu?

24 İyun 2017 23:42

Bakıda “Formula-1”in yuxuluları - FOTO

24 İyun 2017 23:37