İslam və sehr, cadu, ziyarətgahlar

İslam və sehr, cadu, ziyarətgahlar
22:23 12 Oktyabr 2016
301 Digər
Ölkə mətbuatı
A- A+

“Kahinlik edən, kahinə gedən, sehr, cadu edən, etdirən və bunlara inanan bizdən deyildir. “Quran-i Kərim”ə inanmamışdır”.

İslamda təbiət qüvvələri, fizika, kimya və biologiya qanunları xaricində gizli vasitələrdən istifadə edərək qəribəliklər ortaya qoyan işə, müsəlman olmayanlardan ortaya çıxan adət dışı şeylərə, caduya “sehr” deyilir. “Əl-Hadikat-ün-Nədiyyə”dəki bir hədis-i şərifdə Peyğəmbər əfəndimizin dilindən deyilir: “Kahinlik edən və kahinə gedən və sehr, cadu edən və etdirən və bunlara inanan bizdən deyildir. “Quran-i Kərim”ə inanmamışdır”. “İhya”dakı digər bir hədis-i şərifdə “Müsəlman cadu etməz, imanı getdikdən sonra cadusu təsir edər”” deyilir. Lakin buna baxmayaraq bəzi müsəlman mollalar hətta kitab açaraq fala baxır, “bəxt açır”, “bəxt bağlayır”…

Əbdülhakim Arvasi sehrin, cadunun həqiqətən insanları xəstə etdiyini, sevgi və ya məhəbbətsizliyə düçar etdiyini, yəni cəsədə və ruha təsir etdiyini, qadın və uşaqlara daha çox təsir etdiyini yazır.

Muhamməd Masum Faruki demişdir: “Həqiqi mömin batil inanclara inanmaz, sehr, uğursuzluq, fal, ovsun, “Quran-i Kərim”dən başqa şeylə yazılı muska, mavi muncuğa, kəhanət və buna bənzər şeylərə, bunların mütləq bir iş görəcəyinə, məzarlara şam qoyanlara, tel və iplik bağlamağa etibar etməz və kəramət sahibi olduğunu söyləyən saxtakarlara inanmaz”. Əgər bunları nəzərə alıb türk-İslam aləminə göz gəzdirəsi olsaq, onda bu gün və bundan qat-qat əvvəl bunları edənlərin müsəlman olmadığı ortaya çıxır…

Abdullah ibni Abbasın məlumatına görə, Məhəmməd peyğəmbərdən əvvəl şeytanlar göylərə çıxır, mələklərdən eşitdiklərini kahinlərə xəbər verirdilər. Peyğəmbərdən sonra onlara göylərə çıxmaq yasaqlandı.

İslam aləmində istidrac kafir və fasıklarda, yəni açıq-açığına günah işlədən müsəlmanlarda görünən adət dışı, xarüküladə, qeyri-adi hallardır. Buna məkr-i ilahi də deyilir. Ancaq, əgər eyni adət dışı, xarükuladə, qeyri-adi hal, qabiliyyət mömin müsəlmanda, vəlidə görünürsə, buna firasət, kəramət, həmin şəxslərə “Allahü təalanın sevgili qulları” deyilir. Əslində lüğətdə kəramət ərəbcə qəribə, qeyri-adi, insanın imkanları dışında olan, insanları heyran qoyan, heyrətə gətirən şey anlamındadır. “Hansı peyğəmbərin ümmətindən olursa olsun, vəlilərdən adət dışı, yəni fizika, kimya və fiziologiya qanunları dışında meydana gələn şeylər, hadisələr, üstünlüklər kəramət adlandırılır…”. Yəni dinindən asılı olmayaraq hər kəsin, istər müsəlmanların, istərsə də qeyri-müsəlmanların (İslamda kafirlərin – G.Y.) göstərdiyi və adi insanı heyran qoyan, heyrətə gətirən hər şey kəramət və ya istidrac sayıla bilər. Bundan başqa möcüzə də var. Bu da İslamda yalnız peyğəmbərlərə aid edilir. Məsələn, Musa peyğəmbərin əsası ilan olub sehrbazların sehir alətlərini udur, İsa peyğəmbər ölüləri dirildir, korların gözlərini açır, Məhəmməd peyğəmbər isə “Quran-i Kərim”i insanlara bəxş edir. Harputlu İshak Əfəndiyə görə, Məhəmməd peyğəmbərin mindən artıq möcüzəsi vardı. Merac möcüzəsi, Şakk-ı qəmər möcüzəsi (Ayın ikiyə bölünməsi), barmaqlarından su fışqırması, Kabe-i muazzam içindəki bütlərin barmağının bir işarəsilə üz üstə düşmələri, ölüləri diriltməsi, yaralılara və xəstələrə şəfa verməsi də bu möcüzələrdəndir.

Peyğəmbər olacaq şəxslərin adət dışı, yəni xarüküladə, qeyri-adi hallarına isə irhas deyilir. İsa peyğəmbərin beşikdə danışması, quru ağacdan təzə xurma istəyən kimi əlinə xurma gəlməsi, Məhəmməd peyğəmbərin uşaq vaxtı köksünün yarılması, ağacların, daşların ona salam verməsi və s. İrhasdır.

news-detail

Dini mətnlərdə yazılır ki, övliyanın kəramət göstərməsi lazım deyildir. Bunlar kəramət göstərmək istəməzlər. Allahü təaladan utanarlar.

Övliyanın kəramətlərini haqq və doğru sayan İslam məntiqi ilə eyni şeyləri göstərən qeyri-müsəlmanlarda bunu sehr və cadu kimi qəbul edən din adamları bir tərəfdən “övliyanın kəramətinə inanmaq lazımdır” desələr də, onlar bu kəramətlərin ikiyə bölündüyünü, birincinin “kəşf” olduğunu vurğulayırlar. “Kəşf” qapalı şeyin üstündən örtüyü qaldırmaq, xəyal aynasında bir çox şeyləri görmək deməkdir. Buna biz bəsirət gözünün açıq olması da deyə bilərik. Çünki belə insanlar başqalarının görə bilmədiklərini görə bilirlər. Buna bənzər terminlərdən biri də firasətdir. Yuxarıda qeyd etdiyimiz kimi, firasət peyğəmbər ümmətindən vəli olmayanlarda görünür. Onlar insanın ürəyini oxuyur, gözlə görülə bilinməyən şeyləri görürlər. Təsadüfi deyil ki, İmam-i Tirmizi və İmam-i Taberaninin kitablarındakı bir hədis-i şərifdə deyilir: “Möminin firasətindən qorxun. Çünki o, Allahü təalanın nuru ilə baxır” adlanaraq Allaha və onun işlərinə aid olduğunu, ikincisinin isə maddi aləmdəki xarüküladə hal olduğunu vurğulayırlar. “Bu kəramət seçdiyi qullarına verildiyi kimi, kafirlərə də verilir” deyən müəlliflər istidracla bağlı fikirlərə zidd gedir və kafirlərə verilən “vergi”ni də kəramətin iki qolundan biri adlandırırlar. Bir tərəfdən övliyanın kəramətlərinə inanmağın lazım olduğunu, onlara inanmayanların əhl-i sünnətdən ayrıldığını yazır, digər tərəfdən ikinci qola inananları cahil adlandırırlar.

Allahü təala özünə yaxın olan seçilmiş qullarına “vergi” verir. Allahın bütün insanlar üçün bir olduğunu nəzərə alsaq, o zaman qeyri-müsəlmanların da seçilmişlərinin bu qabiliyyətə sahibliyi mümkündür. Bir də ki, dəqiq sayları məlum olmayan peyğəmbərlərin 124 mindən çox olduqları söylənilir. Onlardan 313-ü və ya 315-i rəsuldur, yəni yeni din gətirən, qalanları isə nəbidir, yəni əvvəlki dini təbliğ edənlərdir. Rəsulların da altısı daha yüksəkdir, yəni Ülül-azmdir (Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhamməd Mustafa). Peyğəmbərlərdən 33-ü məşhur olsa da, onlardan yalnız 28-nin adı “Quran-i Kərim”də verilir.

Adəmdən başlayaraq hər əsrdə dünyanın hər tərəfindəki insanlar arasında ən üstün saydığı birinə hami ruhlarla, mələklərlə xəbər göndərərək onların rahat yaşamaları üçün nə etməyin, nədən çəkinməyin lazım olduğunu bildirmək məqsədilə Allah öz təmsilçilərini seçir (“Peyğəmbərləri müjdə vermək və qorxutmaq üçün göndərdim” (Nisa surəsi, 164))…

Yuxarıda əşyanın həqiqətini, iç üzünü görən, anlayan qəlb gözünə “bəsirət” deyildiyini qeyd etmişdik. Qəlb gözü ilə görmə, anlama və Rirasət də bəsirət adlanır. İmam-i Kuşeyri deyirdi: “Allahü təala möminlərə bəzi bəsirətlər və nurlar lütf etmişdir. Onlar bu sayədə firasət göstərirlər”. Yəni din adamları və dinimiz bəzi insanlara vergi, yəni qeyri-adi qabiliyyətin verilməsini inkar etmir. “Hilyet-ül-Evliya”da zikr edilən bir hədis-i şərifdə deyilir: “ümmətimin arasında hər zaman qırx adam olur. Bunların qəlbləri İbrahimin qəlbi kimidir. Allahü təala onlar vasitəsilə qullarından bəlaları uzaqlaşdırır. Bunlara “əbdal” deyilir. Onlar bu dərəcəyə namaz və orucla yetişmədilər”. Abdullah ibni Məsudun “Ya Rəsulullah! Nə ilə bu dərəcəyə yetişdilər?” sualına Peyğəmbər “Comərdlik və müsəlmanlara nəsihət etməklə yetişdilər” deyə cavab verir. Deməli, namaz qılmayıb, oruc tutmayanlar da müsəlmanlara nəsihət edə bilirlərmiş…

Maddi aləmlə, dünya işlərilə əlaqəli adamlara “Kutb-ül-aktab” deyilir. Belə insanlar aləmin nizamı ilə əlaqəli, bolluq-qıtlıq, sağlıq, xəstəlik, barış-savaş, yağış və buna bənzər şeylərlə məşğul olan, qeybdən, yəni heç kimin tanımadığı Allah adamı olub əmrində üçlər, yeddilər, qırxlar… deyə söylənilən və bu işlərlə əlaqədar seçilmiş insanlar hər zaman olublar və hətta peyğəmbərin zamanında da vardılar.

news-detail

İmam-i Rəbbaniyə görə, dərdlərin, bəlaların yox olması, xəstələrin sağalması və s. məhz “kutb-i ebdal” da, “kutb-ül-aktab” da deyilən kutb-i mədarın feyzlərilə olur. Deməli, Məhəmməd peyğəmbər zamanında da bu gün elmdə şaman adlandırdığımız xəstələri sağalda, yağış yağdıra, gün çıxarda, dərdin, bəlanın qarşısını ala bilən insanlar, yəni İslami terminlə desək, kutb-ül-aktab, kutb-i mədar və ya kutb-i ebdal vardı. “Kutb-i ebdalın (kutb-i mədarın) hər zaman, hər əsrdə olması lazımdır. Aləmin ondan boş qalması mümkün deyildir. Çünki aləmin nizamı ona bağlı qılınmışdır. Əgər bu kutublardan biri gedərsə (ölərsə), yerinə başqası təyin edilir… Məhəmməd peyğəmbərin zamanında ebdal kutbu isə həzrət-i Ömər ilə Üveys əl-karani idilər”.

Bir də kutb-i irşad var. Çox az olan kutb-i irşada Məhəmməd peyğəmbəri misal gətirmək olar.

İslamda müqayisəli terminlərdən biri də “qavs”dır. Muhyiddin ibni Ərəbi qavsın mədar kutbu olduğunu söyləsə də, İmam-i Rəbbani onun mədar kutbundan daha yüksək olub ona yardım edən olduğunu deyirdi. Məsələn, Qavs-i azam ləqəbi verilən Abdülkadir Geylani insanlara, o cümlədən də cinnilərə yardım edərdi. Buna görə də ona gavs-üs-sakaleyn də deyirdilər. İslamdakı “havass” termini də insanları pisliklərdən, şər işlərdən qoruyan, yaxşı əməllər sahibi olan bu gün elmdə ağ şaman dediyimiz şəxslərdir.

Nücəbalar da insanları dardan qurtaran, onlara çətin işlərində yardımçı olan şəxslərdir.

İman Muhamməd Qazalı əsrar (sirlər, gizli şeylər) bilgilərində, Əbdülkadir-i Geylani kəramətlər göstərməkdə və feyz verməkdə məşhur idilər. Qədimdə seçilənlər tayfadaşları ilə Yaradan arasında əlaqə yaradırdılar. O vaxtlar oxumağı, yazmağı bilməyən peyğəmbərlərə və ətrafdakılara kitab göndərməyin heç bir mənası yox idi.

Əbu Bəkrdən gələn silsilə İmam-i Cafər-i Sadıkla, onunku Tayfur Bayezid-i Bistami ilə (Tayfuriyyə), ondan sonra Əbül-Həsən Xarkani, Əbu Əli Farmədi və Yusif-i Həmədani ilə, Həmədaninin üçüncü xəlifəsi Əhməd Yasəvi ilə (yasəviyyə), sonra Şeyx Loğman-i Xorasaninin xəlifəsi Hacı Bektaş-i Vəli (bektaşiyyə) davam etmişdir. Hazırda hürufilərin bektaşiliyə sahib çıxdıqları söylənilir.

Əbu Mansur Hallacın “Ənəl Həqq”, Bayazid-i Bistaminin “Sübhani” və s. bir çoxları tərəfindən uyğun sayılmasalar da, təsəvvüf böyükləri tərəfindən uyğun olaraq izah edilirlər. Salik isə təsəvvüf yolçusu deməkdir.

Lakin bir elm də var - İlm-i ledün və ya ledünni elmi. Bu elm çalışmaqla əldə edilməz. Çalışılmadan əldə edilən Allahü təalanın vergisinə “vehbi”, xalq arasında isə “fəhm” deyilir. O, ihsan edilən kimsələrə verilir. Hamıya verilməz. Hər kəsə də aid deyil. Peyğəmbərlərə verilən elm isə hər kəsə aiddir. Bu baxımdan, peyğəmbərən elmi ledünni elmindən üstündür.

Kəramətlər göstərməkdə, feyz verməkdə məşhur olan, Qavs-i azam ləqəbi ilə tanınan, gözəl dini təlim görən Əbdülkadir Geylani dərs verdiyi vaxt birdən hər şeyi buraxır, 25 il İraqın səhra və xarabalıqlarında “şeytanlarla” mücadilə edir. Onlara boyun əymir. Ona vergi verilir. O, bir gün yuxuda Peyğəmbər əfəndimizi gördüyünü belə xatırlayır: Peyğəmbərin “Ey oğlum, niyə danışmırsan?” sualına “Mən yabançıyam. Bağdad fasihlərinin yanında necə danışım?” deyə cavab verdim. “Ağzını aç!” deyə peyğəmbər əfəndimiz buyururdu. Sonra “yeddi dəfə mübarək ağzının suyundan ağzıma saçdı və “İnsanlarla danış, onları gözəl hikmət və vəzlərlə Rəbbinin yoluna çağır” dedi. Geylani günorta namazını qılarkən birdən nitqi tutulur. Əli bin Əbu Talibi bunu görür. O, Geylaninin nitqinin tutulduğunu bilib onun ağzına altı dəfə tüpürür (“ağzının suyundan ağzına saçır”). Bundan sonra Əbdülkadir Geylani gözəl və təsirli bir dillə danışmağa başlayır. İslamda olduğu kimi, şamanlarda ağzına tüpürməklə müalicə etmək, vergini qəbul etməyi asanlaşdırmaq və s. geniş yayılmışdır.

Azərbaycan ərazisində doğulub yetişmiş kəramətli övliya böyüklərindən biri də Əbdülməcid Şirvanidir... Bir gün kitablardan biri dil açıb onunla danışır. Qorxusundan kitabı kənara atan Əbdülməcid dağlara gedir, mağarada yaşayır. Bu əsnada ona bəzi kəramətlər ihsan edilir. Vəhşi heyvanlar ona toxunmur, uçduğunu hiss edir. Əbdülməcid Şirvani Şirvanlı Mevlana Şexkubadın müridi olmuş, onun ölümündən sonra yerini tutmuş, az sonra Tokata gedir.

1564-cü ildə Tokatda taun xəstəliyi yayılır. İnsanların istəyilə Əbdülməcid Şirvani bir dua edir və xəstəlik çəkilib gedir. Lakin həmin il də onun özü vəfat edir. Qəbri Kəlkit çayının kənarındadır. Onu da qeyd edək ki, Tokatın Çay məhəlləsi yaxınlığında Əbdülməcid Şirvaninin də məzarının yerləşdiyi Şeyx-i Şirvan qəbristanlığı var. Vəfatından əvvəl azərbaycanlı vəli vəsiyyət edir ki, sevənləri qəbri üzərində türbə tikməsinlər, onu digər müsəlmanlardan ayırmasınlar. Lakin sonralar bir çoxları türbə tikməyə cəhd göstərirlər. Qübbə tamamlanan gecə tikinti təməldən uçur. Bir neçə dəfə bu hadisə təkrar olduqdan sonra türbə tikmək istəyənlər bu fikirlərindən daşınır, vəlinin qəbrinin ətrafına daşlar yığırlar. Tokat və çevrə xalqı Əbdülməcid Şirvaninin qəbrini ziyarətgaha çevirib...

news-detail

Deyilənə görə, Əbdülkadir Geylani əlinin bir hərəkətilə yazılı kitabı pozub yerinə başqa şeylər yazdırardı, qəzəblənib yaslandığı yastığı yerə atarkən acıqlandığı şəxs ölərdi. O, insanın beynini təmizləyib yerini istədiyi şeylə doldura, həm də öləcəyi günü bilirdi. Geylaninin çox heybətli olduğunu yazırlar: “Cinlər də ondan çəkinər, itaət edib sözünü dinlərdilər”. Allahü təala sevdiyi qulun əmrinə bir çox insan və cin verir. Onun duası qəbul olunar, dua ilə xəstələri sağaldardı. Dəclə çayının artan suyunu durdura, eyni vaxtda bir çox yerdə görünə, gələcəkdən xəbər verə bilirdi. İslamda Allahın sevdiyi quluna verdiyi cinə şamanizmdə hami, qoruyucu, köməkçi ruh deyilir.

Bununla belə bəzi dini kitablarda və ensiklopediyalarda yazılır: “Dörd məzhəbdən birini təqlid etmək caizdir. Bunun üçün qəbir ziyarət edənlərə, övliyanın məzarları ilə təbərik edənlərə, xəstəsi üçün bunlara nəzir deyənlərə mane olunmamalıdır. Niyyət (adak) edərkən övliyaya adak demək məcaiz olub türbəyə xidmət edənlərə adak deməkdir… Keçmiş övliyaya dil uzatmaq, onlara cahil demək, sözlərindən dinimizə uymayan mənalar çıxartmaq, öldükdən sonra da kəramət göstərdiklərinə inanmamaq və ölüncə vəliliklərinin bitdiyini düşünmək və onların qəbirləri ilə bərəkətlənənlərə mane olmaq, müsəlmanlara su-i zan, zülm etmək, mallarını qəsb etmək kimi, həsəd, iftira, yalan söyləmək və qeybət etmək kimi haramdır. Çünki bu vəlilərin, insanların İslam dini adına etdikləri bu işlər İslamın möhkəmlənməsinə, yayılmasına, rahatlıqla qəbul olunmasına şərait yaradırlar”. Doğrudan da pirlərə, ocaqlara gedən, ağaclara al-əlvan iplər bağlayan, müxtəlif müqəddəs saydıqları yerlərdə qurban kəsənlər, nəzir qoyanlar, hətta başqa dinə mənsub yerlərə pənah aparanlar da bunu İslam adına edir, üzlərini Allaha və həmin yerə tuturlar. Bu da şamanizmlə İslamın iç-içə yaşaması deməkdir. Bildiyimiz kimi, əgər bir din özündən əvvəlkini tamamilə məhv edə, xalqın adətindən, məişətindən ürəyindən çıxara bilmirsə, ondan öz məqsədləri üçün istifadə edir, onu özününküləşdirir...

Güllü Yoloğlu,

tarix elmləri doktoru

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17

115 kq çəki atan qadın inanılmaz hala düşdü

20 Avqust 2017 21:14

Ramil Quliyevdən növbəti çempionluq

20 Avqust 2017 21:04

"Təmkin yeganə qəhrəman deyil" - Ayxan Abbasov

20 Avqust 2017 20:57

"Instagram"-da vacib yenilik

20 Avqust 2017 20:55

Norveçdə muzeydən Vikinqlər dövrünə aid 400 əşya oğurlandı

20 Avqust 2017 20:48

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

20 Avqust 2017 20:47

"Sahil" stansiyası bu gündən bağlanır

20 Avqust 2017 20:41

Daşqınlar 700 can aldı

20 Avqust 2017 20:34

5G şəbəkəsi genişlənir

20 Avqust 2017 20:33

Suriya müxalifəti Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq

20 Avqust 2017 20:32

Düyü ilə orqanizmin təmizlənməsi

20 Avqust 2017 20:28

Monika yenə də təəccübləndirdi - FOTOLAR

20 Avqust 2017 20:18

Ramil Quliyevdən növbəti qələbə

20 Avqust 2017 20:10

Oğuzda ağır qəza: 3 ölü, 4 yaralı

20 Avqust 2017 20:09

Yerə səfər etmiş ən qədim yadplanetlinin skeleti aşkarlandı - FOTOLAR

20 Avqust 2017 20:03

Azərbaycanda yeni nazir təyin edildi

20 Avqust 2017 19:57

Oğuzda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

20 Avqust 2017 19:53

Oğuzda ağır yol qəzası: 3 nəfər öldü, 4-ü isə yaralandı

20 Avqust 2017 19:52

"Zirə"nin baş məşqçisi: "Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq"

20 Avqust 2017 19:47

Tanınmış iş adamı xəstəxanaya aparıldı

20 Avqust 2017 19:39

İraq Təlafər üzərinə hücuma keçib

20 Avqust 2017 19:38

Bəşəriyyət üçün QORXUNC SSENARİ: Dünya təhlükə ALTINDA

20 Avqust 2017 19:28

Vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 19:23

Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - FOTO - VİDEO

20 Avqust 2017 19:18

1 nəfər dənizdə batdı

20 Avqust 2017 19:14

Dünyanın ən iyrənc yeməyi - VİDEO

20 Avqust 2017 19:08

Fransada keçirilən festivalda Firəngiz Əlizadənin əsərləri nümayış etdirilib

20 Avqust 2017 19:07

Sena çayından kişi meyiti tapıldı

20 Avqust 2017 18:59

Əsgərlər ölmədən öncə niyə bu qadını görürdülər? - FOTO

20 Avqust 2017 18:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib

20 Avqust 2017 18:52

Ağır atletika yığmamızın sabiq üzvü vəfat edib

20 Avqust 2017 18:48

Ermənistan prezidenti Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş cinayətkarı əfv edəcək

20 Avqust 2017 18:47

ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var

20 Avqust 2017 18:43

Cüdoçumuz Universiadada Azərbaycana ilk qızıl medalı qazandırdı

20 Avqust 2017 18:35

"Terrorçuların arasında olanla bizim üçün terrorçudur" - Ərdoğan

20 Avqust 2017 18:33

CAR-da avtobus körpüdən aşdı

20 Avqust 2017 18:30

Dünya çempionu küçə davasında öldürüldü - VİDEO

20 Avqust 2017 18:29

Totti bacarığı ilə hamını heyrətləndirdi

20 Avqust 2017 18:17

İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır

20 Avqust 2017 18:13

Portuqaliyada vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 18:12

Rusiyalı dünya çempionunu bu azərbaycanlı öldürüb

20 Avqust 2017 18:09

İraqın ərazi sularında iki gəmi toqquşub, ölənlər var

20 Avqust 2017 17:58

Rus terrorçu anasını hədələdi

20 Avqust 2017 17:58

Bu ölkədə daşlar bala verir - FOTOLAR

20 Avqust 2017 17:48

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

20 Avqust 2017 17:43

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

20 Avqust 2017 17:38

Ona bir də indi baxın - ailəsi tərəfindən zibilliyə atılmışdı - FOTO

20 Avqust 2017 17:38