Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Araz" klubu UEFA Kubokunda növbəti qələbəsini qazanıb

"Araz" klubu UEFA Kubokunda növbəti qələbəsini qazanıb

Araz Naxcivan thrash German Hamburg 5-1 (28 November 2016 16:46)
Azerbaijan's Araz lose to Nacional in UEFA Futsal Cup elite round (24 November 2016 11:46)
Azerbaijan’s Araz to face Nacional as UEFA Futsal Cup elite round updates (23 November 2016 20:46)

Date: 12 October 2016 22:57

Bakı. 12 oktyabr. REPORT.AZ/Azərbaycan çempionu "Araz" bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, 2-ci qrupun ikinci oyununda rəqib Kosovanın "Feniks" klubu olub.
Qarşılaşma 2-ci qrupun oyunlarına ev sahibliyi edən Makedoniyanın paytaxtı Skopyedə Boris Trajkovski adına İdman Mərkəzində keçirilib. Ölkə çempionu bu görüşü da qələbə ilə başa vuraraq turnirin elit rounduna vəsiqəni böyük ölçüdə təmin edirb.
İlk oyunda Tbilisi Dövlət Universiteti komandasını məğlub edən "Araz" (7:1) hazırda 6 xalla qrup lideridir. Qrupun digər oyununda isə Bakı vaxtilə saat 22:00-da "Jelezarets" və Tbilisi Dövlət Universiteti komandası üz-üzə gələcək. "Jelezarets" xal itirəcəyi halda "Araz" elt-raunda vəsiqəni vaxtından əvəvl rəsmiləşdirəcək. Əks halda hər şey son tura qalacaq. "Araz" qrupdakı son oyununu oktyabrın 14-də "Jelezarets"ə qaşrı keçirəcək.
Qeyd edək ki, turnirin reqlamentə əsasən əsas mərhələdə 6 qrupun ilk iki pilləsində qərarlaşan və ən yaxşı göstərici ilə 3-cü yeri tutan 4 komanda elit rounda yüksələcək.
Futzal, UEFA Kuboku
Əsas mərhələ
2-ci qrup
19:30. "Araz" (Azərbaycan) - "Feniks" (Kosova) - 1:0
Qol: Xətai Bağırov, 11
Hakimlər: Simon Todoroviç (Sloveniya), Moşe Bohbot (İsrail), Vasilios Xristodulis (Yunanıstan)
Skopye, Boris Trajkovski adına İdman Mərkəzi

Tags:  Araz klubu UEFA Kubokunda növbəti qələbəsini qazanıb


RƏYLƏR


Top news