Hər şeyin başladığı və bitəcəyi şəhər (FOTOREPORTAJ)

Hər şeyin başladığı və bitəcəyi şəhər (FOTOREPORTAJ)
22:58 12 Oktyabr 2016
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər şeyin başladığı və və bitəcəyi şəhər

Dünyada üç əsas din - islam, xristianlıq və yəhudi dinləri üçün bu qədər vacib olan başqa yer tapmaq olmaz. Bu yer məhz Qüds şəhəridir. 4 min il bundan qabaq salınan şəhər tarixən müxtəlif hökmdarların nəzarəti altına keçsə də, mənəvi əhəmiyyətini itirməyib.

Xristianların inancına görə, Allah-təala Yer kürəsini yaradarkən ora daş atıb, dünya həmin daşdan formalaşıb və bu daş Qüdsün olduğu yerə düşüb. Hazırda bu daş Qübbətüs-Səhra məscidindədir. Şəhərin ortasında uzanan dərə Qüdsün köhnə hissəsini yenisindən ayırır və o, bütün dünyada Gehenna (cəhənnəmin xristian və yəhudi dinlərindəki analoqu - red.) adı ilə tanınır. Rəvayətə görə, Qiyamət günündə bu dərə aralanacaq və cəhənnəm alovu günahkar bəndələri öz ağuşuna çəkəcək. Əməlisalehlərin ruhları isə tük kimi nazik Sirat körpüsündən keçib cənnətə gedəcək.

Hamının qarışdırdığı Əl-Əqsa məscidi

Çox az adam bilir ki, İslamın yarandığı ilk vaxtlar müsəlmanlar dualarını edərkən, namazlarını qılarkən məhz Əl-Əqsa məscidini istiqamət seçərdilər. Bu gün qeyri-müsəlmanların girişinə qadağa qoyulan Məbəd dağında iki məscid var. Onlardan biri qızılı günbəzə malikdir və onu Əl-Əqsa məscidi ilə səhv salırlar. Ancaq əslində Əl-Əqsa məscidi yaxınlıqda yerləşir, sadəcə, ilk baxışdan nəzərə çarpmır. Bu məscid "Məscidül-Həram" məscidindən (Kəbənin daxilində olduğu) və Mədinədəki Peyğəmbər məscidindən sonra müsəlmanlar üçün əhəmiyyətinə görə, üçüncü məsciddir. Onun içərisinə daxil olarkən insan dərhal mənəvi rahatlıq, dinclik hiss edir. Bu gün məscid İsrailin nəzarət etdiyi ərazidə yerləşsə də, İordaniya ilə razılaşmaya əsasən, məscid və Qüdsdəki bütün müsəlman ziyarətgahları İordaniyanın himayəsi və nəzarəti altındadır.

Açarları müsəlmanda olan xristian kilsəsi

Əl-Əqsa məscidi müsəlmanlar üçün müqəddəs yerdirsə, xristianlar üçün belə yer altı xristian kilsəsi - yunan-pravoslav, katolik, koptik, suriya, efiop və erməni kilsəsi tərəfindən istifadə olunan Müqəddəs məqbərə məbədidir. Məbəd İsa Məsihin çarmıxa çəkildiyi Qolqofa (və ya Kalvariya) təpəsində yerləşir və əsrlər boyu milyonlarla xristianın ziyarət etdiyi məkana çevrilib. Pasxa zamanı xristianlara nazil olan müqəddəs alov da bu məbəddə alovlandırılır.

Bu ziyarətgahı, həm də barışıq rəmzi adlandırmaq olar. İş ondadır ki, xristian icmalar uzun müddət davam edən mübahisələrdən sonra məbəd ərazisində hansısa dəyişiklik etməyin qadağan olunmasıyla bağlı konsensusa gəlib. Bunun parlaq nümunəsi isə Tərpənməz nərdivandır. Hər şey Osmanlı sultanı III Osmanın imperiyanın pravoslav əhalisi arasında narahatlığın qarşısını almaq istəyi ilə katoliklərin hüquqlarının məhdudlaşdırılması və Müqəddəs məqbərə məbədində hər iki cərəyanın bərabər hüquqa malik olması barədə xüsusi fərman imzalaması ilə başlayıb. Fərman 1852-ci ildə yenidən təsdiq edilib və o vaxtdan bəri tərəflər status-kvonu qoruyur. Elə o vaxtdan bəri nərdivan əvvəlcədən olduğu yerdə saxlanılır. Ən maraqlısı isə ondadır ki, məbədin açarları xristian yox, müsəlman ailəsinə verilib. Açar bu gün də həmin ailədə saxlanılır.

Ağlama divarı

Bu gün dünya əhalisinin bir qismi Qüds sözünü yəhudilərin ən müqəddəs ziyarətgahı olan Ağlama divarı (və ya Göz yaşı divarı) ilə assosiasiya edir. Ağlama divarı Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqlarıdır. İnanca görə, daşlar arasına kağızda arzunu yazıb qoyarsansa və hər iki əlini divara qoyub nəyisə ürəkdən arzulayarsansa, istəyin mütləq gerçəkləşir. İnanclarda hətta bu yolla Tanrı ilə bir qədər ünsiyyət qurmağın mümkünlüyü də öz əksini tapır. Qeyd etmək lazımdır ki, kişilərdən fərqli olaraq, qadınlar ayrı-ayrılıqda dua edirlər.

Kövrək status-kvo və şəhərin müasir statusu

Qüds üç din üçün müqəddəs yer olduğundan, Köhnə şəhər çox ciddi mühafizə olunur. İsrail polisinin mətbuat katibi Miki Rozenfeldin Qüdsə səfər edən bir qrup azərbaycanlı jurnalistə verdiyi məlumata görə, bütün şəhər boyu müşahidə kameraları quraşdırılıb və onlar istənilən xoşagəlməz olayı üzə çıxarmağa imkan verir. Bundan əlavə, şəhər perimetri üzrə kiçik polis qrupları mövcuddur ki, onlar zərurət yaranarsa, dərhal olaya müdaxilə etməyə hazır vəziyyətdə olur. Qeyd etmək lazımdır ki, şəhərdəki status-kvoya əsasən, İsrail polisi və hərbçilərinə məscidə girmək qəti qadağandır.

Qüdsün üç din üçün müqəddəs şəhər olması sanki həm də onun lənətidir. Təəssüf ki, şəhər əsrlər boyu nifaq mənbəyi olaraq qalıb, onun uğrunda münaqişə və müharibələr olub, hazırda da davam edir.







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22

“Arsenal” mövsümü kubokla bitirdi

27 May 2017 23:17

Orucu neçə yaşından tutmaq vacibdir?

27 May 2017 23:17

Bıçağınız kütdür?

27 May 2017 23:13

Özlərini dəyişən adamların şousu başlanır - FOTO

27 May 2017 23:12

Ərəb biznesmen Trampın evli qızına elçi düşdü

27 May 2017 23:12

Qaxda 9-cu sinif şagirdini maşın vurdu

27 May 2017 23:12

“Qarabağ”dan tarixi ilk

27 May 2017 23:12

İsti Ramazan ayında susuzluq ilə necə mübarizə aparmalı?

27 May 2017 23:12

“Yuventus”dan səfər qələbəsi - YENİLƏNİR

27 May 2017 23:12

Qəfil gələn ƏCƏL ZƏNGİ - Qusarda bədbəxt hadisə

27 May 2017 23:08